“Vaqner” Rusiyanın Rostov şəhərini ələ keçirib - Foto
Tarix: 24-06-2023 08:53 | Bölmə: Slayd
“Vaqner” Rusiyanın Rostov şəhərini ələ keçirib

“Vaqner” şirkətinin başçısı Yevgeni Priqojinin Rostov şəhərindədir. Reyting.az xarici KİV-lərə istinadla bildirir ki, iddialara görə, artıq Rusiyanın Rostov şəhəri “Vaqner”in muzdlu döyüşçüləri tərəfindən ələ keçirilib.

Rostov vilayətinin qubernatoru Vasili Qolubev isə deyib ki, şəhərdə həftəsonu planlaşdırılan kütləvi tədbirlər ləğv edilib.

Qolubev vətəndaşları şəhər mərkəzinə getməkdən çəkinməyə və evlərini tərk etməməyə çağırıb.

Qeyd edək ki, hərbi şirkətin başçısı Yevgeni Priqojin bildirib ki, Rusiya hərbçiləri “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, bir çox döyüşçü ölüb. Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb.



E. KAMAL




Bölməyə aid digər xəbərlər