Rostovu ələ keçirən qiyamçılar Moskvaya getməyə hazırlaşır
Tarix: 24-06-2023 09:15 | Bölmə: Slayd
Rostovu ələ keçirən qiyamçılar Moskvaya getməyə hazırlaşır

“Vaqner”in rəhbəri Yevgeni Priqojin Rusiya hakimiyyətini Moskvaya yürüşlə hədələyir və Müdafiə naziri Sergey Şoyqu ilə görüş tələb edir.

Reyting.az
xəbər verir ki, Priqojin Rusiya Federasiyası Müdafiə nazirinin müavini ilə danışıqlar aparıb.

Y. Priqojin Rostovdakı Cənub Hərbi Dairəsinin qərargahında Rusiya Müdafiə nazirinin müavini Yunus-Bek Yevkurovla görüşüb.

Rusiyanın Teleqram kanallarında yayımlanan videodan da göründüyü kimi, o, Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov və Müdafiə naziri Şoyqunu yanına gətirməyi tələb edir.

“Biz bura gəlmişik. Baş Qərargah rəisini və Şoyqunu tutmaq istəyirik. Onlar gedənə qədər biz buradayıq, Rostov şəhərini bağlayırıq və Moskvaya gedirik”, - Priqojin bildirib.

ELÇİN




Bölməyə aid digər xəbərlər