Prezident tələbələr üçün yüksək məbləğdə təqaüd təsis edib
Tarix: 24-06-2023 15:17 | Bölmə: Slayd
Prezident tələbələr üçün yüksək məbləğdə təqaüd təsis edib

Prezident İlham Əliyev bu gün sərəncam imzalayıb.

Reyting.az
xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ali təhsil müəssisələrində ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani formada təhsil alan, təhsildə yüksək nailiyyətləri olan 100 (yüz) nəfər tələbə üçün “Heydər Əliyev adına təqaüd” təsis edilib.

Təsis edilən təqaüd Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına 3000 (üç min) manat məbləğində birdəfəlik veriləcək.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.




Bölməyə aid digər xəbərlər