Lukaşenko “Vaqner”in rəhbəri ilə danışıqlar aparıb, Putindən təhlükəsizlik zəmanəti alır
Tarix: 24-06-2023 21:24 | Bölmə: Slayd
Lukaşenko “Vaqner”in rəhbəri ilə danışıqlar aparıb, Putindən təhlükəsizlik zəmanəti alır

Belarus prezidenti Aleksandr Lukaşenko “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə danışıqlar aparıb.

Reyting.az
xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.

Priqojin Lukaşenkonun “Vaqner” qüvvələrinin hərəkətini dayandırmaq və gərginliyi azaltmaq üçün addım atmaq təklifini qəbul edib.

Belarus prezidentinin mətbuat xidmətindən bildirilib ki, Lukaşenko Priqojinlə danışıqları Rusiya prezidentinin razılığı ilə aparıb.

Qeyd olunub ki, hazırda "Vaqner" özəl hərbi şirkəti ilə vəziyyətin həlli üçün məqbul variantın layihəsi hazırlanır. Layihədə “Vaqner” döyüşçüləri üçün təhlükəsizlik zəmanəti də var

Digər mənbələr isə bildirir ki, Lukaşenko ilə Priqojin arasında danışıqlar günboyu davam edib.

Qeyd edək ki, iyunun 23-də axşam saatlarında Priqojinin başçılıq etdiyi “Vaqner” qrupu mərkəzi hakimiyyətə qarşı çıxaraq 25 minlik qoşunla Moskvaya doğru hərəkət edir. Onlar Rostovu problemsiz keçərərək Moskvaya doğru irəliləyirlər.

ELÇİN




Bölməyə aid digər xəbərlər