“Vaqner”in muzdluları səhra düşərgələrinə qayıdır
Tarix: 24-06-2023 22:09 | Bölmə: Slayd
“Vaqner”in muzdluları səhra düşərgələrinə qayıdır

Ukraynadakı döyüş meydanını tərk edib Rusiyaya gələn “Vaqner” xüsusi hərbi şirkətin muzdluları geriyə, səhra düşərgələrinə qayıdırlar. Reyting.az xəbər verir ki, bunu “Vaqner”in başçısı Yevgeni Priqojin özünün teleqram kanalında bildirib.

Priqojinin sözlərinə görə, bu addımı qan tökülməməsi üçün atır və razılaşdırılmış plana müvafiq olaraq səhra düşərgələrinə qayıdırlar.

Xatırladaq ki, bundan əvvəl Belarus prezidenti Lukaşenkonun Priqojinlə danışıqlar apardığı barədə məlumat yayılıb.

Məlumatı Belarus rezidentinin mətbuat xidməti də təsdiqləyib. Bildirilir ki, vəziyyətin həlli üçün “Vaqner”çilər üçün təhlükəsizlik zəmanəti ilə sərfəli və məqbul variant hazırlanıb.

Qeyd edək ki, iyunun 23-də axşam saatlarında Priqojinin başçılıq etdiyi “Vaqner” qrupu mərkəzi hakimiyyətə qarşı çıxaraq 25 minlik qoşunla Moskvaya doğru hərəkət etdiklərini bildirmişdilər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər