Zülfüqarov: "Azərbaycanın üstünlüyü çoxdur, Ermənistan isə..."
Tarix: 26-06-2023 08:49 | Bölmə: Slayd
Zülfüqarov: "Azərbaycanın üstünlüyü çoxdur, Ermənistan isə..."

"Postsovet məkanında yalnız Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Ərazi bütövlüyünün bərpasından danışarkən ilk növbədə düşmənimizlə mövcud qüvvələr balansını nəzərdə tuturam".

Bu sözləri Reyting.az-a Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Keçmiş nazir əlavə edib ki, hərbi sahədə Azərbaycanın üstünlüyü çoxdur:

"Azərbaycan-Türkiyə tandemi getdikcə güclənir, Ermənistanın hərbi müttəfiqi olan Rusiya isə bu funksiyaları yerinə yetirməyi dayandırıb. Demoqrafik cəhətdən çoxlu üstünlüklərimiz var. İqtisadiyyatın gələcək davamlı inkişafı üçün perspektivli və mövcud tranzit və ixrac kommunikasiyalarımız var”.

Zülfüqarov diqqətə çatdırıb ki, Azərbaycanın xarici siyasət sahəsində də ciddi üstünlüyü mövcuddur. Yəni ölkəmizin makroiqtisadi, sosial və siyasi sahələrdə də davamlı sabitlik var.

ELÇİN




Bölməyə aid digər xəbərlər