Musabəyov: "Bakının şərtlərini qəbul etməli olacaqlar"
Tarix: 26-06-2023 09:49 | Bölmə: Slayd
Musabəyov: "Bakının şərtlərini qəbul etməli olacaqlar"

"Ermənistan tərəfi Həkəri çayı üzərindəki sərhəd-keçid məntəqəsini atəşə tutmaqla və çayın üzərindəki körpüdə sərhədçimizi yaralamaqla özünü çətin vəziyyətə saldı".

Bunu Reyting.az-a Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov deyib.

Onun sözlərinə görə, rəsmi Bakı sərhədi bağlayıb və gələcəkdə belə hadisələrin təkrarlanmaması üçün ermənilərdən təminat tələb edir.

R. Musabəyov bildirib ki, Laçında sərhəd-keçid məntəqəsinin bərpası ermənilər üçün həyati əhəmiyyət daşıyır: “Amma bu ərazidə təxribat xarakterli atəşlərin təkrarlanmayacağına dair yerdəyişmələr və hətta şifahi təminatlar o deməkdir ki, İrəvan Azərbaycan sərhədinə nəzarətin legitimliyini tanıyır və qondarma “Laçın dəhlizi” üçün xüsusi status iddialarından imtina edir. Tarixdə də təkrarlandığı kimi, ermənilər özlərini hiylə ilə üstələdilər. Onlar bütün dünyaya hay-küy salmaq istəyirdilər ki, yol bağlanıb, Qarabağ erməniləri əziyyət çəkir, sülhməramlılar Bakını sərhədin bu hissəsinə nəzarəti qaytarmağa məcbur etsinlər, lakin indi Azərbaycanın qoyduğu qaydaları qəbul etməli olacaqlar".

V. QULİYEV




Bölməyə aid digər xəbərlər