Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı müzakirə olunub
Tarix: 28-06-2023 16:01 | Bölmə: Slayd
Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı müzakirə olunub

İyunun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Reyting.az
prezidentin mətbuat xidmətinə istinadla bildirir ki, dövlət başçıları bir-birini və xalqlarımızı müqəddəs Qurban bayramı münasibətilə təbrik edib və ən xoş arzularını çatdırıblar.

Telefon söhbəti zamanı dostluq və qardaşlıq münasibətlərimizin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub, müttəfiqlik əlaqələrimizin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.






Bölməyə aid digər xəbərlər