Musabəyov: "Danışıqları pozmağa çalışırlar"
Tarix: 29-06-2023 11:47 | Bölmə: Slayd
Musabəyov: "Danışıqları pozmağa çalışırlar"

"Qarabağ ermənilərinin separatçı strukturları Azərbaycan Silahlı Qüvvələri ilə atışma nəticəsində həlak olan hərbçilərin ad və soyadlarını açıqlayıb. Məhz Qarabağdakı qanunsuz silahlı birləşmələr hərbi insidentə səbəb olub, Azərbaycan hərbçilərini atəşə tutub və yaralayıblar. Onlar Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ-da apardıqları danışıqların pozulmasına çalışırlar, çünki nəticənin cinayətkar “miatsum”un son və hüquqi cəhətdən təsbit olunmuş iflası olacağını başa düşürlər".

Bu sözləri Reyting.az-a deputat Rasim Musabəyov deyib.

R. Musabəyov əlavə edib ki, müsəlmanların müqəddəs Qurban bayramında erməni təxribatı qisas almamaq və ya atəşi açılacağı halda Azərbaycan hərbçilərinin güzəştə gedəcəyi məqsədilə kobud şəkildə həyata keçirilib: "Amma həmişəki kimi, yenə cavablarını artıqlaması ilə aldılar. İndi də media vasitəsilə şikayətlər edir, müdafiə çağırışları səsləndirirlər.

Diqqət çəkən odur ki, əvvəlki qaydanın əksinə olaraq, separatçı hakimiyyət ölən şəxslərin doğum ili və yeri göstərilmədən yalnız ad və soyadlarını dərc edib. Ona görə ki, Ermənistan Respublikasının ərazisində doğulduğunun açıqlanması mifik “artsax özünümüdafiə qüvvələri”nin yox, Ermənistan silahlı qüvvələrinin mövcudluğunu təsdiq edər".

ELÇİN




Bölməyə aid digər xəbərlər