Putinin komandası yeni lider axtarışına başlayacaq - Ekspert
Tarix: 29-06-2023 16:27 | Bölmə: Slayd
Putinin komandası yeni lider axtarışına başlayacaq

“Vaqner”in başçısı Yevgeni Priqojinin üsyanı Rusiya prezidenti Vladimir Putinin zəifliyini üzə çıxarıb. Reyting.az xəbər verir ki, bunu Ukrayna kəşfiyyatının keçmiş əməkdaşı, ekspert İvan Stupak deyib.

Stupak bildirib ki, Rusiya əhalisi həmişə güclü lider seçməyə çalışır:

“Lakin son hadisələr diktatorun zəifliyini göstərdi və bunu Rusiya liderinin bütün yaxın ətrafı gördü: oliqarxlar, təhlükəsizlik qüvvələri, menecerlər, texnokratlar… İndi onlar öz “Rublyovka”larına yığışanda mütləq bu haqda danışacaqlar. İçlərində böyük bir sınıq olacaq. Başa düşürlər ki, uzun müddətdir qazandıqları hakimiyyət onları qoruya bilməz”.

Ekspert əmindir ki, həftə sonu Rusiyada baş verən hadisələr Putinin mövqeyini sarsıdıb, onun ətrafı Rusiya Federasiyasına rəhbərlik edə biləcək yeni şəxs və ya bir qrup insan axtarmağa başlayacaq.

“The Wall Street Journal” yazır ki, Priqojin Şoyqu və Gerasimovu tutmağa hazırlaşsa da, son anda planlarını dəyişməli olub.

Buna paralel olaraq CNN qeyd edir ki, Rusiya xüsusi xidmət orqanlarının və ya hərbi rəhbərliyinin Priqojinin üsyan hazırladığını əvvəlcədən bilməsi mümkün idi və yəqin ki, onun uğuruna ümid ediblər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər