Ukrayna oktyabra qədər müharibədə ciddi uğur qazanmasa…
Tarix: 30-06-2023 15:00 | Bölmə: Slayd
Ukrayna oktyabra qədər müharibədə ciddi uğur qazanmasa…

Hazırda Ukrayna Silahlı Qüvvələrinin bölmələri Rusiya qoşunlarının Liman, Avdeyev və Marinski istiqamətlərində hücumunun qarşısını almağa çalışır.

Reyting.az
xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Melitopol və Berdyansk istiqamətlərində hücumu davam etdirir.

“Xüsusilə, onlar Zaporojye vilayətində kök salıblar və Donetsk vilayətinin Baxmut şəhərində də rusların cinahlarına təzyiq göstərirlər”,- Baş Qərargahın sözçüsü Andriy Kovalev bildirib.

Kovalev əlavə edib ki, Levadnoe - Priyutnoye, Malaya Tokmaçka - Kamışevatoe istiqamətlərində ukraynalılar qismən uğur qazanıb, əldə edilən xətlərdə möhkəmlənmə işləri aparılır.

Bundan başqa, Ukrayna Silahlı Qüvvələrinin Privolye-Jeleznyanskoye istiqamətindəki bölmələri də qismən uğur qazanıb. Ayrı-ayrılıqda qeyd olunur ki, Baxmut şəhərinin cinahlarında Ukrayna Silahlı Qüvvələri düşmənə təzyiq göstərir, onları əvvəllər ələ keçirilən xətlərdən çıxarır.

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının bir qədər əvvəl qeyd etdiyi kimi, Ukraynanın Müdafiə Qüvvələri Baxmut istiqamətində təşəbbüsü ələ alıb.

İyunun 30-da səhər saatlarında Müharibə Araşdırma İnstitutu bildirib ki, Ukrayna qüvvələri Zaporojye vilayətinin qərb hissəsində, Zaporojye və Donetsk vilayətləri arasındakı inzibati sərhəddə irəliləyir.

“Azov”un keçmiş komandanı, Ukrayna Silahlı Qüvvələrinin mayoru Maksim Jorinin sözlərinə görə, Baxmut uğrunda döyüşlər şəhərdə də davam edir. İndi Ukrayna qüvvələri Baxmutun cinahlarında bütün lazımi yüksəkliklərə nəzarət etməyə doğru irəliləyir.

Bütün bunlara baxmayaraq, Qərb ölkələri, Ukraynanın əks-hücum əməliyyatında irəliləyişin demək olar ki, nəzərə çarpmadığını bildirir və onlar daha sürətli nəticələr istəyirlər.

Polşalı deputat Vitold Yan Vaşçikovskinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin hücumu oktyabra qədər uğurlu alınmasa, o zaman Avropa müharibəni “dondurmaqda” israr edəcək.

ELÇİN




Bölməyə aid digər xəbərlər