Rusiya nüvə silahları üzrə hazırlıqları gücləndirir - Kəşfiyyat
Tarix: 12-10-2023 12:56 | Bölmə: Slayd
Rusiya nüvə silahları üzrə hazırlıqları gücləndirir

2023-cü ilin yayından etibarən Rusiya Federasiyası nüvə silahlarının sınağını və hazırlanmasını intensivləşdirib.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski bildirib.

V. Skibitski iddia edir ki, Rusiya həm öz ərazisində, həm də Belarusda nüvə obyektlərinin yoxlanılması və hazırlanmasını gücləndirib.

Onun sözlərinə görə, bu yay Ukrayna kəşfiyyatçıları rusların analoji fəaliyyətini qeydə alıblar. V. Skibitskinin fikrincə, Moskvanın taktiki nüvə silahından istifadə etməsinin real təhlükəsindən danışmaq hələ tezdir.

Eyni zamanda, Skibitski əlavə edib ki, hipotetik nüvə zərbəsi Rusiya Federasiyasının dediyi qədər dəhşətli deyil.

Kəşfiyyat rəsmisi xatırladıb ki, genişmiqyaslı müharibə başlayandan Rusiya həm Ukraynanı, həm də Qərbi qorxutmaq üçün nüvə məsələsindən fəal şəkildə istifadə edir. Bu il oktyabrın əvvəlində Rusiya Federasiyasının Dövlət Duması nüvə sınaqlarına qoyulan qadağanın ləğvi barədə danışmağa başlayıb. Moskva müvafiq beynəlxalq müqavilədən öz imzasını geri götürə bilər.

Skibitski qeyd edib ki, Putinə yaxınlığı ilə seçilən Rusiya Təhlükəsizlik Şurasının katibi Medvedev dəfələrlə nüvə silahından istifadə edə biləcəkləri mesajını verib.

Y. QACAR





Bölməyə aid digər xəbərlər