07:38 / 14-06-2025
Bu gün orta məktəblərdə “Son zəng” çalınacaq
23:40 / 13-06-2025
Putin Pezeşkian və Netanyahu ilə telefon danışıqları aparıb
22:31 / 13-06-2025
İran İsrailə raket hücumuna başlayıb
21:20 / 13-06-2025
Şəmkirdə iki nəfər kanalda batıb
19:03 / 13-06-2025
Müğənninin itkin düşən qardaşı oğlu tapılıb
18:49 / 13-06-2025
“Rəmzi qisas erası bitdi” - Ekspertlər İsrail-İran duelinin aqibətini necə görür?
18:29 / 13-06-2025
“Space” TV-yə xəbərdarlıq ediblər
18:23 / 13-06-2025
ABŞ İranı vurmaq üçün “yaşıl işıq” yandırıb
18:05 / 13-06-2025
Təl-Əvivdə kritik görüş başlayır
18:03 / 13-06-2025
Vilayət Eyvazov Gürcüstan DİN başçısı ilə görüşüb
17:58 / 13-06-2025
90-a yaxın mədəniyyət nümayəndəsi İrandan Azərbaycana gətiriləcək
17:43 / 13-06-2025
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
17:22 / 13-06-2025
Tramp: İrana 60 gün vaxt vermişdim, bu gün 61-ci gündür
17:06 / 13-06-2025
Laçın şəhərinin Baş planı təsdiqlənib
17:03 / 13-06-2025
Qriqoryan: Paşinyan-Ərdoğan görüşünü inkar etmirəm
16:54 / 13-06-2025
Son 24 saatda Təbriz üçüncü dəfə hücuma məruz qalıb
16:50 / 13-06-2025
“Ulduz”lu görüşlər”in növbəti qonağı Nizami Cəfərov olub - Fotolar
16:44 / 13-06-2025
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
16:38 / 13-06-2025
AEBA: "İranın Natanzdakı nüvə obyekti ciddi şəkildə zədələnib"
16:24 / 13-06-2025
İsrailin Tehrana hücumu nəticəsində 78 nəfər ölüb
16:21 / 13-06-2025
Hikmət Hacıyev Çexiyaya səfər edib
16:09 / 13-06-2025
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
15:30 / 13-06-2025
Axtarışda olan şəxslər Azərbaycana ekstradisiya edilib
13:02 / 13-06-2025
XİN: "İranda Azərbaycan vətəndaşları zərər çəkməyib"
12:57 / 13-06-2025
Sabah hava necə olacaq? - Proqnoz
12:48 / 13-06-2025
Dünən bank kartlarından 20 min manat oğurlanıb
12:34 / 13-06-2025
Trampın xüsusi nümayəndəsi iranlı diplomatlarla görüşmək niyyətindədir
12:22 / 13-06-2025
“Mossad” agentləri İran ərazisində PUA bazası qurublar
12:11 / 13-06-2025
İran BMT TŞ-dan fövqəladə iclas tələb edir
13:07 / 10-06-2025

09:31 / 09-06-2025

08:48 / 09-06-2025

22:32 / 09-06-2025

16:32 / 10-06-2025

21:10 / 09-06-2025

18:45 / 10-06-2025

13:40 / 11-06-2025

11:18 / 10-06-2025

09:22 / 09-06-2025

17:50 / 09-06-2025

14:57 / 12-06-2025

Putin susur, Blinken Yaxın Şərqin qapısını döyür
Tarix: 12-10-2023 14:22 | Bölmə: Slayd

Hazırda dünyanın əsas diqqəti Qəzzadakı hərbi qarşıdurmaya yönəlib. Rusiyanın İsrailin hərəkətlərini susqunluqla qarşılaması isə diqqətdən yayınmır.
Reyting.az xatırladır ki, İsraillə HƏMAS arasında başlayan müharibə artıq altıncı günə qədəm qoyub və Qəzza gecə boyu reaktiv təyyarələr tərəfindən bombalanıb.
2,3 milyon insanın yaşadığı 41 kilometrlik zolaqda hava zərbələri nəticəsində bəzi küçələrin xəritədən silindiyi bildirilir. Müharibə və diplomatiya cəbhəsindəki proseslər isə paralellik təşkil edir.
Qəzzalılara su və işıq verilməyəcək
İsrailin energetika naziri İsrael Katz deyib ki, girovlar azad edilənə qədər Qəzzanın tam mühasirəsi davam edəcək. Katz elektrik açarları və su klapanlarının açılmayacağını, heç bir yanacaq tankerinin işə salınmayacağını bildirib. Energetika naziri blokadanın aradan qaldırılması üçün HƏMAS-ın əlindəki girovların azad edilməsini şərt kimi irəli sürüb.
İsrail və Fələstinin Şərq qonşusu İordaniya mühasirədə olan və davamlı bombardman altındakı Qəzza zolağına tibbi yardım göndərməyə hazırlaşır. İordaniyalı hərbi mənbə bildirib ki, orduya məxsus yük təyyarəsi zəruri tibbi yardımı yeganə keçid olan Rəfah sərhəd qapısına aparacaq.
Almaniya fələstinlilərə yardımı dayandırır
Almaniya kansleri Olaf Şolts bu səhər verdiyi açıqlamada fələstinlilərə göndərilən bütün yardımların dayandırıldığını deyib. Qəzzada mülki əhalinin əziyyət çəkəcəyini qeyd edən Şolts yaranmış vəziyyətə səbəb kimi HƏMAS-ın İsrailə hücumunu göstərib. O, İsrailin “Heron” dronlarından istifadəsinə icazə verəcəyini də açıqlayıb.
HƏMAS-la danışıqlar aparılır
Qəzzanı idarə edən HƏMAS-ın 5 ildir girov saxladığı İsrail əsgəri Gilad Şalitin azadlığını təmin edən israilli müzakirəçi Gerşon Baskin yenidən fəaliyyətə başlayıb. Oktyabrın 7-də HƏMAS tərəfindən əsir götürülən bəzi israillilərin ailələri və dostları Gerşon Baskinlə əlaqə saxlayıblar. Keçmiş müzakirəçi Baskin HƏMAS-la əlaqəni bərpa etdiyini bildirib. O, HƏMAS-ı qadın və uşaqları azad etməyə razı salmağa çalışır.
İsrail xəbərdarlığa məhəl qoymayıb
ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkol bildirib ki, Misir HƏMAS-ın İsrailə hücumu barədə üç gün əvvəl Təl-Əvivi xəbərdar edib:
“Biz bilirik ki, Misir üç gün əvvəl İsrailə xəbərdarlıq edib. Təfərrüatlara varmaq istəmirəm, amma xəbərdarlıq olub. Amma hansı səviyyədə?”.
Putin dostu ilə maraqlanmır
İllərdir İsraili idarə edən baş nazir Benyamin Netanyahu demək olar ki, 21 ay əvvəl Ukraynada müharibəyə başlayanda Rusiya lideri Vladimir Putini dost kimi xarakterizə edirdi. Rusiya Ukraynaya hücum etdikdən sonra nəşr olunan xatirə kitabında Netanyahu Putinə tərif yazıb, Rusiya liderinin kəşfiyyatını və yəhudilərə qarşı dost münasibətini dəfələrlə tərifləyib.
71 yaşlı V. Putin də illər ərzində özünü İsrailin sadiq müttəfiqi kimi göstərib və vizasız gediş-gəlişi təşviq edib. İki lider arasında uzunmüddətli dostluq münasibətləri yaranıb. Lakin HƏMAS-ın şənbə günü həyata keçirdiyi görünməmiş hücumundan sonra Putin sanki yoxa çıxıb. İsrailin son onilliklərdə məruz qaldığı ən ağır hücumdan beş gün keçsə də, Putin dostu Netanyahuya zəng etməyib. Kreml isə Təl-Əviv rəhbərliyinə başsağlığı mesajı göndərməyib.
Blinken Yaxın Şərqdə danışıqlar aparacaq
İsrailə dəstək üçün Yaxın Şərqə səfər edən ABŞ dövlət katibi Antoni Blinken cümə günü Fələstin lideri Mahmud Abbasla da görüşəcək. ABŞ-ın baş diplomatı Blinkenin olduğu təyyarənin bu gün İsrailə enəcəyi gözlənilir. Daha əvvəl İsrail rəsmiləri ilə görüşəcəyi bildirilən Blinkenin növbəti dayanacağı İordaniya olacaq.
Prezidentlə şahzadə müzakirə aparıb
Məlum olduğu kimi, İran prezidenti İbrahim Rəisi Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman çərşənbə günü İsrail və Qəzzada vəziyyəti qiymətləndirmək üçün telefonla danışıblar. Ehtimal olunur ki, tərəfləri Çin bir araya gətirib.
ABŞ prezidenti Co Bayden çərşənbə günü günortadan sonra yəhudi icmasına müraciət edib. O, İsrailə dəstəyini təkrarlayan bəyanatlar verib. Bayden çıxışını bitirərkən İsraildə qurbanlar arasında başları kəsilmiş uşaqların fotolarını gördüyünü deyib. Bu iddia sosial mediada və bəzi xəbərlərdə yer alsa da, İsrail ordusu tərəfindən təsdiqlənmir.
Bayden yalan danışıb
ABŞ prezidenti Baydenin sözləri sosial mediada əks-səda doğurub. Amma BBC kanalı Baydenin bu görüntüləri görüb-görmədiyini aydınlaşdırmaq üçün Ağ evə çıxıb. Ağ ev rəsmisi Baydenin belə görüntülər görmədiyini söyləyərək prezidentin açıqlamalarından geri çəkilib.
Qəzzanın yolu bağlanıb
ABŞ, İsrail, BMT və Misir yardımların Qəzzaya keçməsinə və bəzi mülki vətəndaşların çıxmasına necə icazə veriləcəyi ilə bağlı danışıqlar aparırlar. Lakin hazırda Qəzzaya heç bir sərhəd keçidi açıq deyil. Qəzzadan İsrailə gedən bütün keçidlər bağlanıb. Qəzza ilə Misir arasındakı Rəfah sərhəd qapısı bazar günü malların keçməsi üçün açıq olub, ərzaq, yanacaq və tikinti materialları daşıyan 200-ə yaxın yük maşınının içəri girməsinə icazə verilib. Lakin sərhəd açıq olsa belə, hər gün yalnız bir neçə yüz adamın keçidinə icazə verilir. BMT bazar ertəsi günü təxminən 800 nəfərin Qəzzanı tərk etdiyini, 500-ə yaxın insanın isə Qəzzəyə daxil olduğunu bildirib. Daha sonra Qəzza və Misirdəki səlahiyyətlilər sərhəd qapısının yerləşdiyi ərazinin hava hücumlarına məruz qaldığını bildiriblər. O vaxtdan sərhəd-keçid bağlanıb.
İqtidarla müxalifət müharibə kabineti yaradıb
İsrailin baş naziri Benyamin Netanyahu ölkənin yeni fövqəladə hökumətinin ilk iclasını keçirib. Netanyahu və müxalifətçi keçmiş Baş Qərargah rəisi Benni Qantz siyasi rəqabəti bir kənara qoyub, müharibə kabineti yaradıblar.
ABŞ prezidenti Bayden Netanyahu ilə görüşdüyünü və İsrailin müharibə qaydalarına uyğun hərəkət etməli olduğu xəbərdarlığını edib.
İsraildə qurulan fövqəladə hökumətə isə hərbi strategiya üzrə iki mütəxəssis daxil edilib. Həm Gantz, həm də müşahidəçi qismində iştirak edən Qadi Eisenkot İsrailin keçmiş baş qərargah rəisləridir.
Y. QACAR
Bölməyə aid digər xəbərlər

Dünən, 22:31
İran İsrailə raket hücumuna başlayıb
Dünən, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
Dünən, 17:06
Laçın şəhərinin Baş planı təsdiqlənib
Dünən, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
Dünən, 09:57
İsrailin İrana zərbələri davam edəcək
Dünən, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
Dünən, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb
3-06-2025, 11:57
Şəhidimiz Suraxanıda dəfn olunub - (Yenilənib) - Foto
3-06-2025, 10:34
Ərdoğan Zelenski, Putin və Trampla Türkiyədə görüşmək istəyir
3-06-2025, 09:58
Türkiyədə güclü zəlzələ olub - Ölən və xəsarət alanlar var
3-06-2025, 08:26
Yerin maqnit qasırğası artıb