70-dən çox Azərbaycan vətəndaşı İsraildən Bakıya yola salınıb
Tarix: 13-10-2023 10:23 | Bölmə: Slayd
70-dən çox Azərbaycan vətəndaşı İsraildən Bakıya yola salınıb

Bir qrup Azərbaycan vətəndaşı İsraildən Bakıya yola salınıb.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycanın İsraildəki səfirliyindən bildiriblər.

Məlumata görə, 12-13 oktyabr tarixlərində Azərbaycan Respublikasının İsrail dövlətində səfirliyi və Azərbaycan Hava Yollarının birgə əməkdaşlığı çərçivəsində 72 nəfər Azərbaycan vətəndaşı və Azərbaycan əsilli İsrail vətəndaşları Mahaçqala, Dubay şəhərləri üzərindən və birbaşa reys vasitəsilə Bakı şəhərinə yola salınıb.

Vətəndaş müraciətləri üçün səfirliyin əlaqə vasitələri aşağıdakı kimidir:

[email protected]
+972 50 356 95 82




Bölməyə aid digər xəbərlər