190-dan çox uşağın qatili ölüb
Tarix: 13-10-2023 13:56 | Bölmə: Slayd
190-dan çox uşağın qatili ölüb

Kolumbiyada 190-dan çox uşağı qətlə yetirdiyini etiraf edən və 835 il həbs cəzası alan Luis Alfredo Qaravito 66 yaşında müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Reyting.az
xəbər verir ki, Kolumbiyanın şimalındakı Valledupar şəhərindəki xəstəxanada ölən Qaravito həbs müddətinin bir hissəsini orada keçirsə də, ölüm səbəbi hələlik açıqlanmır.

“Cenova canavarı” kimi tanınan Qaravito 1990-cı illərdə 8-16 yaşlı uşaqları öldürdüyünü etiraf edib. 1999-cu ilin aprelində saxlanılan qatil Qaravito 1994-cü ildən cəsədləri tapılan 114 uşağı öldürdüyünü etiraf edib, daha sonra etiraflarına yenilərini əlavə edərək, 190-dan çox uşağın qətlinə görə məsuliyyəti öz üzərinə götürüb.

Onu da qeyd edək ki, Qaravitonun azadlığa buraxılması son illərdə gündəm olub və ölkədə reaksiya doğurub. O zamankı prezident İvan Duke deyib ki, Qaravitonun 2021-ci ildə azad edilməsi mümkün deyil.

E. KAMAL




Bölməyə aid digər xəbərlər