Samir Nuriyev: “2003-cü illə müqayisədə yoxsulluq səviyyəsi 5 faiz həddinə enib”
Tarix: 14-10-2023 12:17 | Bölmə: Slayd
Samir Nuriyev: “2003-cü illə müqayisədə yoxsulluq səviyyəsi 5 faiz həddinə enib”

2003-cü ildə andiçmə mərasimində Azərbaycanın gələcəyi ilə bağlı fikirlərini bölüşən prezident İlham Əliyev xalqımızın gələcəyi üçün nəyi nə vaxt edəcəyi ilə bağlı ciddi vədlər verib və bu illər ərzində bütün bunların öhdəsindən gəlib.

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev prezident İlham Əliyevin prezidentliyinin 20 illiyinə həsr olunmuş “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətinin 20 ili” adlı konfransda çıxışı zamanı deyib.

“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər sayəsində Azərbaycan dünyada lider dövlət səviyyəsinə çatıb. 2003-cü illə müqayisədə yoxsulluq səviyyəsi 5 faiz həddinə enib”, - o əlavə edib.

Samir Nuriyev xatırladıb ki, prezident İlham Əliyev çıxışlarında ordu quruculuğunun vacibliyini xüsusi qeyd edib, ölkəmizin ərazi bütövüyünün vacibliyini diqqətə çatdırıb.

“Ordunun ən müasir silah və texnikalarla təmini, müdafiə sənayesi istqamətində 20-dən çox hərbi zavodun yaradılması, hərbi-texniki sahədə dost ölkələrlə əlaqələrin inkişaf etdirilməsi, ordunun inkişafı məqsədi ilə atılan addımlar Azərbaycan Ordusunu güclü orduya çevirmişdir”, - o əlavə edib.(APA)




Bölməyə aid digər xəbərlər