Putin: “Müharibəyə hazırlaşırıq, amma...”
Tarix: 15-10-2023 16:18 | Bölmə: Slayd
Putin: “Müharibəyə hazırlaşırıq, amma...”

Qərblə Rusiya arasında qaynar münaqişə baş verərsə, bu, xüsusi hərbi əməliyyat çərçivəsində məhdudlaşmayacaq, tamamilə fərqli müharibə olacaq.

Reyting.az
xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Rossiya-1” telekanalına müsahibəsində deyib.

V. Putin ABŞ Konqresi komissiyasının həm Rusiya, həm də Çinlə eyni vaxtda müharibəyə, o cümlədən nüvə qarşıdurması variantını nəzərə almaqla hazırlaşması ilə bağlı tövsiyəsini də şərh edib:

“Biz ondan çıxış edirik ki, biz sülh istəyirik və əgər onlar Rusiya ilə döyüşmək istəyirlərsə, bu, tamamilə fərqli bir müharibədir, bu, xüsusi hərbi əməliyyat deyil”. Rusiya prezidenti əlavə edib ki, ağlı başında olan heç bir şəxs nüvə gücləri arasında müharibə ehtimalına yol verməməlidir.

“Ancaq bu, bizi yalnız ehtiyatlı edir. Biz hamımız müharibəyə hazırlaşırıq, çünki məlum qədim prinsipə əməl edirik: sülh istəyirsənsə, müharibəyə hazırlaş. Ancaq biz sülh istəyi ilə çıxış edirik”, - deyə Putin vurğulayıb.

Rusiya prezidenti həmçinin Yaxın Şərqdə baş verənləri xüsusi hərbi əməliyyatla müqayisə etməməyə çağırıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər