Vitali Balasanyan Milli Təhlükəsizlik Xidmətində dindirilib
Tarix: 15-10-2023 16:24 | Bölmə: Slayd
Vitali Balasanyan Milli Təhlükəsizlik Xidmətində dindirilib

Vaxtilə Azərbaycan ərazisində olmuş qondarma rejimin “Təhlükəsizlik Şurası”nın keçmiş katibi, Qarabağda çoxsaylı cinayətlər törətmiş Vitali Balasanyan Ermənistanın Milli Təhlükəsizlik Xidmətində (MTX) dindirilib.

Reyting.az
xəbər verir ki, bu barədə onun vəkili Rafael Martirosyan bildirib.

Onun sözlərinə görə, Balasanyanın bu işə heç bir aidiyyatı yoxdur: “Balasanyan şahid qismində dindirilib. Hesab edirəm ki, Balasanyanın ifadəsinin bu cinayət işinin istintaqının gedişinə heç bir təsiri olmayacaq”.

Vəkil bəhs etdiyi cinayət işinin təfərrüatlarını açıqlamayıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər