08:51 / 14-06-2025
Əcnəbilər İrandan Azərbaycana keçərək təxliyə olunur - Fotolar
08:07 / 14-06-2025
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
07:38 / 14-06-2025
Bu gün orta məktəblərdə “Son zəng” çalınacaq
23:40 / 13-06-2025
Putin Pezeşkian və Netanyahu ilə telefon danışıqları aparıb
22:31 / 13-06-2025
İran İsrailə raket hücumuna başlayıb
21:20 / 13-06-2025
Şəmkirdə iki nəfər kanalda batıb
19:03 / 13-06-2025
Müğənninin itkin düşən qardaşı oğlu tapılıb
18:49 / 13-06-2025
“Rəmzi qisas erası bitdi” - Ekspertlər İsrail-İran duelinin aqibətini necə görür?
18:29 / 13-06-2025
“Space” TV-yə xəbərdarlıq ediblər
18:23 / 13-06-2025
ABŞ İranı vurmaq üçün “yaşıl işıq” yandırıb
18:05 / 13-06-2025
Təl-Əvivdə kritik görüş başlayır
18:03 / 13-06-2025
Vilayət Eyvazov Gürcüstan DİN başçısı ilə görüşüb
17:58 / 13-06-2025
90-a yaxın mədəniyyət nümayəndəsi İrandan Azərbaycana gətiriləcək
17:43 / 13-06-2025
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
17:22 / 13-06-2025
Tramp: İrana 60 gün vaxt vermişdim, bu gün 61-ci gündür
17:06 / 13-06-2025
Laçın şəhərinin Baş planı təsdiqlənib
17:03 / 13-06-2025
Qriqoryan: Paşinyan-Ərdoğan görüşünü inkar etmirəm
16:54 / 13-06-2025
Son 24 saatda Təbriz üçüncü dəfə hücuma məruz qalıb
16:50 / 13-06-2025
“Ulduz”lu görüşlər”in növbəti qonağı Nizami Cəfərov olub - Fotolar
16:44 / 13-06-2025
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
16:38 / 13-06-2025
AEBA: "İranın Natanzdakı nüvə obyekti ciddi şəkildə zədələnib"
16:24 / 13-06-2025
İsrailin Tehrana hücumu nəticəsində 78 nəfər ölüb
16:21 / 13-06-2025
Hikmət Hacıyev Çexiyaya səfər edib
16:09 / 13-06-2025
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
15:30 / 13-06-2025
Axtarışda olan şəxslər Azərbaycana ekstradisiya edilib
13:02 / 13-06-2025
XİN: "İranda Azərbaycan vətəndaşları zərər çəkməyib"
12:57 / 13-06-2025
Sabah hava necə olacaq? - Proqnoz
12:48 / 13-06-2025
Dünən bank kartlarından 20 min manat oğurlanıb
12:34 / 13-06-2025
Trampın xüsusi nümayəndəsi iranlı diplomatlarla görüşmək niyyətindədir
13:07 / 10-06-2025

09:31 / 09-06-2025

22:32 / 09-06-2025

16:32 / 10-06-2025

21:10 / 09-06-2025

13:40 / 11-06-2025

18:45 / 10-06-2025

11:18 / 10-06-2025

09:22 / 09-06-2025

17:50 / 09-06-2025

14:57 / 12-06-2025

07:27 / 12-06-2025

20 il 20 arqument - Professor yazır
Tarix: 15-10-2023 21:36 | Bölmə: Slayd

Sivilizasiyasının tarixində elə məsələlər var ki, onlar millətlər və xalqlar üçün ən yüksək prioritetlik təşkil edir. Bunların arasında liderlik və dövlət başçısı statusları xüsusilə önəmlidir. O millət xoşbəx olar və uğurlar əldə edər ki, onun uğurlu və cəsarətli, dahi zəkaya malik olan lideri vardır. O dövlət yüksək nəticələr qazanar ki, onun lideri praqmatikdir, milli mənafeyi hər dəyərdən üstün tütür, əməllərində və verdiyi vədlərdə dürüstdür. İdeal lider və dövlət başçısı bütün fəaliyyətində öz doğma xalqının, dövlətinin taleyini, yüksəlişini və hər bir vətəndaşının firavanlığını əsas məqsəd kimi qarşısına qoyandır və bunları reallaşdırandır.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra çətin dövr yaşayıb. 1990-cı illərin əvvəllərində ölkədə xaos hökm sürürdü. Dövlət sabadsızların, dövlətçilik və idarəetmə təcrübəsi olmayanların əlində idi. Dövlət strukturları demək olar ki, milli mənafeyə xidmət etməkdə aciz duruma düşmüşdülər. İqtisadiyyat dağıdılmış və siyasi sabitlik isə yox idi. Belə şəraitdə Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldi və Azərbaycanda dövlətçilik atributlarını gücləndirdi. 1993-2003-cü illərdə Ulu Öndərin rəhbərliyi altında Azərbaycanda sabit dövlətçilik modeli formalaşdırıldı və uğurlu iqtisadi inkişaf modelinin bünövrəsi qoyuldu. Bütün bu proseslər nəticəsində Azərbaycan xalqının firavanlığının təmin edilməsinə, dövlətçiliyimizin gücləndirilməsinə və Azərbaycanın regionun ən dinamik inkişaf etmiş ölkəsinə çevrilməsinə ciddi əsaslar yaradıldı.
Ən əsası düşünülmüş və uzunmüddətli strategiyanı özündə ehtiva edən siyasi varislik modeli formalaşdırıldı. Ulu Öndər Heydər Əliyevin layiqli varisi İlham Əliyev 2003-cü il oktyabr ayının 15-də prezident seçiləndən sonra Ulu Öndərin siyasətini davam etdirəcəyini, onun irsini qoruyacağını və daha da inkişaf etdirəcəyini əminliklə bildirdi. Dövlət başçısı nəinki verdiyi sözə əməl etdi, həm də xalqla lider, cəmiyyətlə dövlət arasında qırılmaz tellər bağladı və körpü yaratdı.
Ötən 20 il ərzində prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı dinamik bir inkişaf yolu keçib, Azərbaycan dövləti regionun aparıcı dövlətinə çevrilib və bütün sahələrdə müstəqilliyini gücləndirib. Azərbaycan öz iqtisadiyyatını tamamilə yeni güclü rəqabət qabiliyyətli əsaslar üzərində formalaşdırıb, regionun mühüm enerji və nəqliyyat layihələrinin həm təşəbbüskarı, həm də maliyyə donoru kimi çıxış edir.
Ölk əhalisinin vəziyyətinin yaxşılaşdırılması və yaşayış səviyyəsinin yüksəldilməsi üçün davamlı şəkildə kompleks tədbirlər görülüb. Digər tərəfdən, ölkə regionlarının sosial-iqtisadi inkişafı daim dövlət başçısının xüsusi diqqət və qayğısı altında olub. Regionların inkişafı və sosial-iqtisadi tərəqqisinin təmin edilməsi üçün bir-birinin ardınca 3 dövlət proqramı reallaşdırılıb və hazırda 4-cü dövlət proqramı uğurla icra olunmaqdadır. 2030-cu ilədək sosial-iqtisadi inkişafın milli prioritetləri müəyyənləşdirilib və hazırda 2026-cı ilədək olan dövr üçün strateji hədəflər həyata keçirilməkdədir.
Bütün bunlar Azərbaycan xalqının tərəqqisinə, onun inkişafına və region, eyni zamanda dünya ölkələri sırasında layiqli yer tutmasına mühüm əsaslar yaradıb. Amma dövlət başçısının Azərbaycan xalqının tarixində misli görünməmiş uğurlara imza atmasında, XXI əsrin liderlik statusuna yüksəlməsində ən strateji və misilsiz xidmətləri Azərbaycanı qalib ölkə statusuna yüksəltməkdən ibarət olub. 30 ilə yaxın düşmən tapdağı altında inildəyən torpaqlarımızın erməni işğalçılarından azad edilməsi bütün dünyada Azərbaycan xalqının qüdrətini və gücünü nümayiş etdirir, Azərbaycan Ordusunun rəşadətini və qəhrəmanlığını ortaya qoyub, ən əsası isə Ali Baş Komandanın məharətini və baçarığını özündə ehtiva edir.
Azərbaycan regionda öz mövqeyini gücləndirməklə bərabər, həm də Türk dünyasının coğrafiyasının birləşdirilməsində önəmli funksiyaları yerinə yetirməkdədir və bu istiqamətdə gedən tədbirlərin mərkəzinə çevrilib. Azərbaycan dövlətinin nüfuzu artan xətlə bütün ölkələr tərəfindən, hətta bizi istəməyən dövlətlər tərəfindən belə qəbul edilməkdədir.
Fikrimizcə, bütün bunlar İlham Əliyevin XXI əsrin liderlik statusuna yüksələn prezident kimi qiymətləndirilməsinə əsas verir və bunların ifadəsi 20 il üçün ümumiləşdirilmiş 20 arqumentlərdə verilir:
1. İlham Əliyev Ümumilli Liderimiz Heydər Əliyevin şərəfli yolunun həm davamçısı, layiqli varisi və həm də bu işiqlı yolu ikişaf etdirən liderdir.
2. İlham Əliyev ata vəsiyyətinə dəyər verən, xalqımızın min illər ərzində formalaşan adət və ənənələrini yüksək qiymətləndirən və ata vəsiyyətinə uyğun olaraq torpaqlarımızın düşməndən azad edilməsi kimi çox mühüm tarixi bir missiyanı reallaşdıran dövlət başçısıdır və eyni zamanda layiqli övladdır.
3. Keçən 20 il ərzində Azərbaycanda dövlətçilik atributları maksimum gücləndirilib, siyasi sabitlik tamamilə yeni mərhələyə qaldırılıb, dövlət aparatının işləkliyi və funksional səmərəliliyi dəfələrlə artırılıb.
4. Azərbaycan nəinki regionda, dünya ölkələri sırasında yüksək rəqabət qabiliyyətinə malik ölkə statusuna yiyələnib və dövlətimizin imici əhəmiyyətli səviyyədə yüksəlib.
5. Azərbaycan regionun mühüm enerji və nəqliyyat layihələrinin - transmilli layihələrinin həm təşəbbüskarı, həm maliyyə donoru olmaqla bərabər, həm də qətiyyəti ilə fərqlənən, müstəqil iqtisadi siyasətini ön plana çəkən nüfuzlu dövlət kimi güclənməkdədir.
6. Azərbaycan özünün milli sərvətlərini və karbohidrogen resurslarını xalqımızın milli mənafeyi naminə dünya bazarlarına çıxarmağa nail olub, memarı Ulu Öndərin olduğu “Neft strategiyası”nı reallaşdırıb və beynəlxalq əmək bölgüsündə bu istiqamətdə əsaslı şəkildə ixtisaslaşıb.
7. Ölkəmiz regionun və xüsusilə Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinə ciddi töhfələr verib, qardaş Türkiyənin enerji təminatında mühüm rol oynamaqla bərabər, həm də Avropa Birliyinin əsas enerji partnyoruna çevrilib.
8. 1990-cı illərin əvvəllərində torpaqlarımızın erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi nəticəsində yaranan çox ciddi problem - bir milyona yaxın məcburi köçkün və qaçqınların çadır şəhərciklərindən yüksək komforta malik olan yaşayış massivlərinə, şəhərciklərə köçürilməsini Azərbaycan dövlətinin öz imkanları hesabına həll edilib.
9. Azərbaycan öz siyasətində daim siyasi irsə, milli mənafeəyə üstünlük verir, dövlət başçısı heç bir halda Azərbaycan xalqının mənafeyini tapdalamağa imkan verməyib və beynəlxalq səviyyədə Azərbaycan xalqının maraqlarını ciddi şəkildə qorumağa nail olub, öz sözünü deyib və bunların nəticəsində prezident İlham Əliyev püxtələşib, seçilib sayılan siyasətçi kimi formalaşıb və dünya liderləri arasında nüfuzu daha da artıb.
10. Ölkəmizdə milli iqtisadi inkişaf modelinin təkmilləşdirilməsi, onun neft-qaz amilindən asılılığının azaldılması istiqamətində tarixi işlər görülüb və bu istiqamətdə aparılan islahatlar hazırda ən intensiv fazadadır.
11. Dövlət başçısının birbaşa səyi, təşəbbüsləri, yerlərdə olmaqla nəzarət etdiyi strateji qeyri-neftqaz sektoru layihələri nəticəsində ölkə iqtisadiyyatının strukturu maksimum təkmilləşib və qeyri-neftqaz sektoru sahələrinin prioritetliyi təmin olunub.
12. Azərbaycan ilk kosmik peykin buraxılmasına nail olub və 2013-cü ildə bu nailiyyəti əldə etməklə, dünya kosmik klubun üzvü olub. Hazırda kosmik fəzanın fəth edilməsində 3 peykimiz vardır. Bununla da, Azərbaycan kosmos ölkəsi kimi çox yüksək mötəbər statusa yiyələnib.
13. Azərbaycan iqtisadiyyatı regionda və dünyada baş verən təlatümlərə, qlobal böhranlara qarşı immunitetlik nümayiş etdirmək səviyyəsinə çatıb. Azərbaycan iqtisadiyyatı özünün dayanıqlığı baxımından xüsusilə fərqlənir və iqtisadi inkişaf modeli daim dövlətin başçısının təşəbbüsləri ilə təkmilləşdirilməkdədir.
14. Azərbaycan iqtisadiyyatı son illərdə dinamik olaraq inkişaf edib və ölkə ÜDM-i 3.6 dəfə artıb. Bu heyrətamiz inkişaf yolunun və iqtisadi böyümənin təmin olunmasında İlham Əliyevin iqtisadi baxışları və konsepsiyaları, uzaqgörən daxili və xarici siyasəti həlledici rol oynayıb. Bunların nəticəsində Azərbaycan iqtisadiyyatının bütün seqmentlərində, o cümlədən qeyri-neftqaz sektorunda, xüsusilə sənaye istehsalında, kənd təsərrüfatında, qeyri-neftqaz ixracında bir necə dəfə artım qeydə alınıb.
15. Azərbaycan özünün strateji valyuta ehtiyatlarını formalaşdıra bilən ölkələr arasında möhkəmlənib və hazırda ölkəmizin valyuta ehtiyatları 70 milyard dollara yaxındır. Valyuta ehtiyatlarının formalaşdırılması ölkə iqtisadiyyatının sabit olaraq inkişafına və iqtisadi islahatların dərinləşdirilməsinə, əhalinin sosial-iqtisadi inkişafının sabitliyinə, milli prioritet layihələrin reallaşdırılmasına ciddi töhfə verməkdədir.
16. Azərbaycanda aparılan islahatların kökündə Azərbaycan vətəndaşının rifahı, arzu və istəkləri, onun qayğıları dayanır. Bu baxımdan, birmənalı olaraq demək mümkündür ki, İlham Əliyev Azərbaycanın hər bir vətəndaşının prezidentidir.
17. Ölkədə sosial sistemin, sosial həyatın tam şəffaflığı ilə fərqlənən və bürokratiyalardan uzaq olan sosial-iqtisadi siyasətin əsasında əhalinin həssas qruplarının maraqları, onların qayğıları yer alıb və beləliklə, Azərbaycan sosialyönlü dövlət kimi öz vətəndaşlarının mənafeyini ən yüksək səviyyədə dəyərləndirməkdədir.
18. Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində Azərbaycan sosial sahədə brendlər yaradan - ASAN və DOST brendlərini formalaşdıran bir dövlətdir. Artıq bu sahədəki təcrübə dünyanın bir çox ölkələrində tətbiq edilməkdədir.
19. Qürurla deməliyik ki, Azərbaycan qalib ölkədir. Erməni işğalçıları üzərində qələbə qazanmaqla və onları diz çökdürməklə Azərbaycan regionun güclü dövlətinə çevrilməklə yanaşı, həm də dünyada separatizmin kökünü kəsməyə və öz müstəqilliyini qorumağa qadir olan bir ölkə kimi böyük nüfuz əldə edib.
20. Azərbaycan işğaldan azad olunmuş əraziləri öz maliyyə gücü və iqtisadi qüdrəti hesabına bərpa edən və dirçəldən nadir olkələrindən biri kimi tarixə düşməkdədir. Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və dirçəliş layihələri, Böyük Qayıdışın təmin edilməsi bunun bariz nümunəsidir.
Qeyd olunan əsaslandırılmış 20 arqument belə qənaətə gəlməyə imkan verir ki, prezident İlham Əliyev XXI əsrin liderlik statusuna yüksələn, xalqın tam etimadını qazanan, xalqla dövlət arasında vahid birliyi təmin edən, "Dəmir yumruğu" düşmənin başı üzərində əzəmətlə dayanan və qalib ölkənin Ali Baş Komandanı, müzəffər ordunun məğlubedilməz sərkərdəsi kimi hazırda ozünün liderlik və siyasi fəaliyyətinin ən yüksək səviyyəsindədir. Əminliklə deyə bilərik ki, dövlət başçısı bundan sonra da uzun illər ərzində Azərbaycan xalqının rifahı və tərəqqisi naminə dövlətçiliyimizin gücləndirilməsi proseslərinə uğurla rəhbərlik edəcəkdir.
Şəfa ƏLİYEV
UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin Rəhbəri,
Sumqayıt Dövlət Universitetinin “Dünya iqtisadiyyatı və marketinq” kafedrasının professoru,
iqtisad elmləri doktoru
Bölməyə aid digər xəbərlər

Bu gün, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
Dünən, 22:31
İran İsrailə raket hücumuna başlayıb
Dünən, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
Dünən, 17:06
Laçın şəhərinin Baş planı təsdiqlənib
Dünən, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
Dünən, 09:57
İsrailin İrana zərbələri davam edəcək
Dünən, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
Dünən, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb
3-06-2025, 11:57
Şəhidimiz Suraxanıda dəfn olunub - (Yenilənib) - Foto
3-06-2025, 10:34
Ərdoğan Zelenski, Putin və Trampla Türkiyədə görüşmək istəyir