Mahmud Abbas ABŞ prezidenti ilə görüşdən imtina edib - Səbəb
Tarix: 18-10-2023 00:10 | Bölmə: Slayd
Mahmud Abbas ABŞ prezidenti ilə görüşdən imtina edib

Fələstinin başçısı Mahmud Abbas ABŞ prezidenti Co Bayden və Yaxın Şərq liderləri ilə çərşənbə gününə planlaşdırılan görüşdə iştirakını ləğv edib. Reyting.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Fələstinin yüksək səviyyəli rəsmisi bildirib.

Xatırladaq ki, M. Abbasın İordaniya kralı II Abdullah və Misir prezidenti Əbdülfəttah əs-Sissi ilə çərşənbə günü İordaniyada keçiriləcək sammitdə iştirakı gözlənilirdi. Onlar Baydenlə İsrailin HƏMAS ilə son müharibəsini müzakirə etməyə hazırlaşırdılar.

Yüksək rütbəli məmur deyib ki, M. Abbas İsrailin Qəzzadakı xəstəxanaya hücumu və 500-dən çox insanın həyatını itirdiyi hava hücumuna etiraz əlaməti olaraq belə bir qərar verib.

Y. QACAR




Bölməyə aid digər xəbərlər