Kremldən Paşinyana xəbərdarlıq: “Zelenskinin yolu ilə gedirsən”
Tarix: 18-10-2023 14:10 | Bölmə: Slayd
Kremldən Paşinyana xəbərdarlıq: “Zelenskinin yolu ilə gedirsən”

“Ermənistanın baş naziri Nikol Paşinyan fəal şəkildə Ukrayna prezidenti Vladimir Zelenskinin yolu ilə gedir”.

Reyting.az
xəbər verir ki, bu barədə TASS agentliyi Moskvadakı adı açıqlanmayan yüksək vəzifəli mənbəyə istinadla yazıb.

“Biz Ermənistanın baş naziri Nikol Paşinyanın oktyabrın 17-də Avropa Parlamentindəki çıxışını, xüsusən də Rusiya və Rusiya-Ermənistan münasibətləri ilə bağlı dediklərini tamamilə məsuliyyətsiz və təxribat kimi qiymətləndiririk”, - mənbə bildirib.

“Biz Moldovanı 2 nömrəli Ukrayna hesab etsək, Ermənistanı necə 3 nömrəli Ukraynaya çevirməyə çalışdıqlarını görürük və Paşinyan Vladimir Zelenskinin yolu ilə sıçrayış edir”, - deyə o əlavə edib.

Qeyd edək ki, dünən Ermənistan baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı Rusiyanın adını birbaşa çəkməsə də, ittihamlar irəli sürüb, tənqidlər edib. Paşinyan açıq şəkildə deyib ki, Ermənistanın təhlükəsizlik siyasəti iflasa uğrayıb, çünki İrəvanın hərbi və strateji müttəfiqləri müaribədə nəinki ölkəyə dəstək veriblər, əksinə, onun hökumətini yıxmağa çalışıblar.

Y. QACAR




Bölməyə aid digər xəbərlər