Qarabağdan İrəvana gedən ermənilər... – Onların tələbi nədir?
Tarix: 20-10-2023 17:21 | Bölmə: Slayd
Qarabağdan İrəvana gedən ermənilər... – Onların tələbi nədir?

Qarabağdan Ermənistana köçmüş bir qrup erməni bu gün qondarma rejimin İrəvandakı “nümayəndəliyi” qarşısında etiraz aksiyası keçirib.

Reyting.az
-ın xəbərinə görə, Ermənistan mediası yazır ki, guya etiraz edənlər saxta “respublika”nın taleyinə biganə qalmır, onun gələcəyi haqqında qondarma “prezident” Samvel Şahramanyana suallar verir və ona etiraz etdirlər.

Qeyd olunur ki, guya Qarabağdan könüllü İrəvana gedən ermənilər saxta respublikanın buraxılmasına etirazlarını bildirirlər.

Ancaq sonradan bəlli olub ki, ermənilərin qondarma rejimin İrəvandakı “nümayəndəliyi” qarşısına toplaşmasının səbəbi Qarabağ və torpaq deyil, dolanışıq və sosial xarakterli məsələlərdir.

Həmin binada bir qrup Qarabağdan köçən erməni ilə görüşən saxta “prezident” Şahramanyan da bunu etiraf edib.

“Məsələlərin əksəriyyəti sosial xarakterli, iş və yerləşdirmə ilə bağlı olub. Bütün suallar cavab verildi. Suallarınızı inventarlaşdırıb lazımi yerlərə göndərməyə də hazırıq. Hər şey bizdən asılı deyil”,- o deyib.

Şahramanyan onu da vurğulayıb ki, təhlükəli olduğu üçün danışmaq istəmədiyi məsələlər var. “Xahiş edirəm, bununla kifayətlənək, qapılarımız açıqdır, problemlərinizi həll etməyə çalışacağıq”.

Bundan başqa, Şahramanyan ona etiraz edən ermənilərdən xahiş edib ki, təxribatlar uymasınlar: “Bu, bizim üçün xarakterik deyil. Bizim belə davranışa haqqımız yoxdur. Zəhmət olmasa, tərk edin və gündəlik işlərinizlə məşğul olun. Suallarınız cavablandırılacaq. İndi vəziyyət çox ağırdır, bizə yalnız birlik lazımdır”.

Xatırladaq ki, bəzi media orqanları səhər saatlarında İrəvandakı qondarma rejimin “nümayəndəliyi” qarşısında başlayan aksiya zamanı etirazçıların binaya daxil olduğunu və hətta Samvel Şahramanyanı döydükləri haqda məlumat yayıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər