İki təhlükəli xəstəlikdən qorunmağın asan yolu tapılıb
Tarix: 21-10-2023 00:58 | Bölmə: Slayd
İki təhlükəli xəstəlikdən qorunmağın asan yolu tapılıb

Sürətli yerimək xərçəng xəstəliyi və demensiya (əqli qabiliyyətin pisləşməsi -red.) riskini azaldır. Belə bir qənaətə Leicester Universitetinin alimləri gəliblər.

Reyting.az
xəbər verir ki, mütəxəssislərin tədqiqatının nəticələri "Science Direct" jurnalında dərc olunub.

Tədqiqatda 391 652 xəstə iştirak edib. Onların məlumatları Britaniyanın bioloji nümunə anbarından götürülüb. Elm adamları 12 ildən çox müşahidə nəticəsində müəyyən ediblər ki, müntəzəm gəzinti ilə xərçəngə tutulma riskinin azalması arasında əlaqə var. Müntəzəm olaraq sürətlə yeriyən qadınların xərçəngdən ölmə ehtimalı 26 faiz, kişilər üçün isə 29 faiz azalıb.

Tədqiqatın müəlliflərindən biri, doktor Conatan Qoldni təklif edib ki, sürətli templə yerimə kardiorespirator fitnessi yaxşılaşdıra bilər. O izah edib ki, bu, orqanizmin oksigeni udmaq və onu əzələlərə və orqanlara çatdırmaq qabiliyyətidir.

Bundan əlavə, araşdırma nəticəsində müəyyən edilib ki, sürətli yerimək hər iki cinsdə demensiyanın inkişaf ehtimalını 71 faiz azalda bilər.

Qeyd edək ki, sürətli yeriş saatda təxminən 6,4 kilometr sürətlə yerimək deməkdir.

Daha əvvəl bildirilmişdi ki, alimlər bağırsaq mikrobiotası ilə Alzheimer (Demansın ən çox yayılmış səbəbidir, yaddaş və digər idrak qabiliyyətlərini əhəmiyyətli dərəcədə azaldır-red.) xəstəliyi arasında əlaqə aşkar ediblər. Xəstəliyin əlamətləri bağırsaq bakteriyaları vasitəsilə sağlam gənc bədənə keçə bilər.

Y. QACAR




Bölməyə aid digər xəbərlər