Fransa Ermənistanı yeni müharibəyə təhrik edir - Bəyanat
Tarix: 22-10-2023 10:31 | Bölmə: Slayd
Fransa Ermənistanı yeni müharibəyə təhrik edir

Fransa müdafiə nazirinin Ermənistanla ən yaxın zamanda silah sazişinin imzalanacağı barədə açıqlaması ciddi narahatlıq doğurur.

Reyting.az
xəbər verir ki, Qərbi Azərbaycan İcması bununla bağlı bəyanat yayıb

Qərbi Azərbaycan İcmasının bəyanatında qeyd olunur ki, Fransanın Ermənistana silah satması, ilk növbədə, Azərbaycana qarşı düşmənçilikdir. Bundan başqa, Fransa müxtəlif beynəlxalq təşkilatlarda da Azərbaycana qarşı çirkin fəaliyyətini davam etdirir.

Bildirilir ki, Fransanın Ermənistana silah verməsi bu ölkədə revanşizmin güclənməsinə, regionda gərginliyin artmasına xidmət edir: “Açıq-aşkar görünür ki, regionda sülhün bərqərar olması rəsmi Parisə heç cür sərf etmir. Fransa Cənubi Qafqaz regionuna geosiyasi rəqabət gətirməyə çalışır və bunun üçün Ermənistanı Azərbaycana qarşı yeni müharibəyə təhrik edir. Bu ölkə XXI əsrdə belə hələ də müstəmləkə təfəkküründən, “Şərq xristianlığına dəstək” kimi irqçi yanaşmadan əl çəkə bilmir”.

Qərbi Azərbaycan İcması əmindir ki, Fransa “vasitəçilik” səylərində tam məğlubiyyətə uğradığı kimi, Ermənistanın silahlandırılması siyasətində də uğursuzluğa düçar olacaq.

Bəyanatda vurğulanır ki, Cənubi Qafqaz regionu Fransasız daha gözəl görünür.





Bölməyə aid digər xəbərlər