ABŞ İsrail üçün raket istehsalını artırır
Tarix: 24-10-2023 09:43 | Bölmə: Slayd
ABŞ İsrail üçün raket istehsalını artırır

ABŞ İsrail Müdafiə Qüvvələrində xidmətdə olan “Dəmir Qübbə” raketdən müdafiə sistemləri üçün sursat istehsalını artırmağa hazırlaşır.

Reyting.az
-ın xəbərinə görə, ABŞ ordusundakı və istehsalçılar arasındakı mənbələr “The Wall Street Journal”-a bildiriblər ki, Yaxın Şərqdə münaqişənin kəskinləşməsi səbəbindən artan tələbat fonunda RTX (keçmiş Raytheon Technologies) artıq Arizonada istehsalın genişləndirilməsinə əlavə vəsait yatırmaq niyyətindədir.

Nəşrin məlumatına görə, münaqişənin kəskinləşməsi ABŞ ordusunun “Dəmir Qübbə” üçün raket istehsalına marağı artırıb.

Qəzet yazır ki, amerikalı “Tamir” raketlərinin istehsalçılarının təchizatı artırması adətən aylar çəksə də, münaqişə kəskinləşdikcə raketlərin istehsalına maraq yüksəlir. Bundan əlavə, İsrailin arsenalındakı bu sursatların ehtiyatı da sürətlə tükənmək üzrədir.

Amerikanın RTX müdafiə şirkəti bütün “Tamir” ələ keçirən raketlərin təxminən 70 faizini istehsal edir və istehsal gücünü artırmaq üçün əlavə vəsait yatırmaq niyyətindədir. Qeyd olunur ki, Amerika silah istehsalçıları hələ 2020-ci ildə “Tamir” raketlərinin istehsalını genişləndirmək istəsələr də, “Çindən artan təhlükə” səbəbindən Sakit okeandakı münaqişələr üçün daha uyğun olan digər sursat və sistemlər yaratmağa başlayıblar. Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda ABŞ keçmiş illərin müdafiə proqramları üzrə planlarının həyata keçirilməsinə yenidən qayıtmaq niyyətindədir.

“The Wall Street Journal”-ın yazdığına görə, İsrail ordusu üçün müdafiə sistemlərinin istehsalının artmasına səbəb İsrail-ABŞ müdafiə razılaşması çərçivəsində Pentaqon artıq döyüş sursatı və “Dəmir Qübbə” komponentlərinin istehsalı ilə bağlı xərclərin böyük hissəsini ödəyir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər