İlon Mask: “III Dünya Müharibəsi başlaya, Rusiya-Çin-İran ittifaqı qalib gələ bilər”
Tarix: 24-10-2023 13:10 | Bölmə: Slayd
İlon Mask: “III Dünya Müharibəsi başlaya, Rusiya-Çin-İran ittifaqı qalib gələ bilər”

Amerikalı milyarder İlon Mask Yaxın Şərq və Ukraynadakı hərbi münaqişələrin III Dünya Müharibəsinə çevrilə biləcəyinə inanır.

Reyting.az
-ın xəbərinə görə, İ. Mask deyib ki, indi ABŞ-ın hərbi gücü bir vaxtlar dünyanın digər gücləri ilə müqayisə edildiyi kimi deyil.

İ. Mask hesab edir ki, Ukraynada sülhə nail olmalı və Rusiya ilə normal münasibətləri bərpa edilməlidir.

“Wall Street Journal”-ın xəbərinə görə, Mask bildirib ki, mövcud vəziyyət Rusiya ilə Çini daha sıx müttəfiqliyə məcbur edəcək.

“X” platformasında onlayn panel müzakirəsində danışan milyarder tərəfləri Ukraynada atəşkəsə çağırıb. O, Rusiyaya qarşı müharibəni “ümidsiz vəziyyət” adlandırıb.

Müzakirəyə Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Vivek Ramasvami də qoşularaq təcridçi fikirlər səsləndirib.

Mask isə əlavə edib ki, qlobal münaqişədə Rusiya-Çin-İran ittifaqı Qərbə qalib gələ bilər.

“Bizim sənaye gücündə böyük üstünlüyümüz yoxdur. Müharibənin əsasını iqtisadi güc, xüsusilə sənaye istehsalı, yəni qarşı tərəflə müqayisədə nə qədər tank, silah və dron istehsal edə biləcəyiniz təşkil edir”,- deyə Mask bildirib.

Onu da xatırladaq ki, oktyabrın 2-də İ. Mask öz “Twitter” səhifəsində Ukrayna prezidenti Vladimir Zelenskinin karikaturasını paylaşıb. Özünü bir şey etməkdən çətinliklə saxlaya bilən oğlan haqqında məşhur memi əsas götürən Mask karikaturaya Zelenskinin üzünü və “Beş dəqiqə keçəndə və sən bir milyard dollar kömək istəmədin”,- sözlərini əlavə edib.

Daha sonra İ. Mask V. Zelenski haqqında yazdığı təhqiramiz tvitindən qəzəblənənləri, həmçinin Maska məxsus müəssisələrdə işçilərin təzyiqindən narazı olanları “botlar” adlandırıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər