Paşinyan Mehridən keçən dəmir yolunun bərpasına başlamalıdır - Deputat
Tarix: 25-10-2023 10:45 | Bölmə: Slayd
Paşinyan Mehridən keçən dəmir yolunun bərpasına başlamalıdır

"İranın yollar və şəhərsalma naziri Mehrdad Bəzrpaş bir neçə həftə əvvəl Azərbaycanda səfərdə olub və Araz çayı üzərində körpülərin təməl daşının qoyulmasında iştirak edib. Bu körpülərlə Ermənistandan yan keçən avtomobil və dəmir yolu ölkəmizin qərb rayonlarını Naxçıvanla birləşdirəcək. Eyni zamanda bu yaxınlarda iranlı nazir İrəvana səfər edib və burada Şimal-Cənub dəhlizinin (Fars körfəzi - Qara dəniz) bir hissəsi olan Aqarək-Kacaran yolunun tikintisinə dair sazişin imzalanması mərasimində iştirak edib".

Bunu Reyting.az-a deputat Rasim Musabəyov deyib.

R. Musabəyov bildirib ki, yüksək dağlardan və aşırımlardan keçən avtomobil yolu, hətta yaxşı da olsa, dəmir yolu nəqliyyatını zəif əvəz edir:

"Ermənistanın Zəngəzur dəhlizi məsələsində israrlı olması bu ölkəni nəqliyyatda çıxılmaz vəziyyətə salır və eyni zamanda Ermənistana və daha sonra Gürcüstanın Qara dəniz limanlarına dəmir yolu çıxışından məhrum olan İran üçün problemlər yaradır. Axı, Bakı öz ərazisi ilə Ermənistana, hətta üçüncü ölkələrə də heç bir dəmir yolu hərəkətinə icazə vermir. İran Azərbaycan üzərindən Gürcüstan limanlarına çıxa biləcək, lakin bu marşrut demək olar ki, üç dəfə uzundur. Deməli, ermənilər orda necə dolaşsalar da, İran və Rusiyanın təzyiqi altında Paşinyan hökuməti daha konstruktiv mövqe tutmalı və ən azı Mehridən keçən dəmir yolunu bərpa etməyə başlamalıdır".

E. KAMAL




Bölməyə aid digər xəbərlər