Çin-ABŞ münasibətləri dünya üçün həlledici olacaq
Tarix: 25-10-2023 11:56 | Bölmə: Slayd
Çin-ABŞ münasibətləri dünya üçün həlledici olacaq

“Çin ABŞ ilə əməkdaşlığa hazırdır, çünki hər iki tərəf fikir ayrılıqlarını idarə edir və qlobal çağırışlara cavab vermək üçün birlikdə çalışır”.

Reyting.az
Çin mediasına istinadla xəbər verir ki, bunu dövlət başçısı Si Cinpin deyib.

ABŞ-Çin Münasibətləri üzrə Milli Komitənin illik şam yeməyində verdiyi mesajda Si Cinpin bildirib ki, Birləşmiş Ştatlar və Çinin münasibətləri dünya üçün həlledici olacaq.

Çin lideri münasibətlərin “qarşılıqlı hörmət, dinc yanaşı yaşamaq və qarşılıqlı faydalı əməkdaşlıq” prinsipləri üzərində qurulmalı olduğunu deyərək, daha sabit ikitərəfli münasibətlərə çağırış edib.

Xatırladaq ki, bundan əvvəl Ağ evin ABŞ prezidenti Co Baydenlə Çin lideri Si Cinpin arasında görüşə hazırlaşdığı bildirilib. Görüşün noyabrda San-Fransiskoda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində reallaşma ehtimalı var.

Qeyd edək ki, ABŞ-Çin münasibətləri gərgin olaraq qalır. Ölkələrin çox fərqli xarici siyasətləri var, o cümlədən Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı. ABŞ Ukraynanı fəal şəkildə dəstəkləyir və ona hərbi yardım göstərir. Çin çox neytraldır və təcavüzkarla əməkdaşlığı davam etdirir. Həmçinin, son vaxtlar Çinin Tayvanla bağlı münaqişəni gücləndirəcəyi ilə bağlı qorxular artıb.

Y. QACAR




Bölməyə aid digər xəbərlər