Tərtərdə traktorçu minaya düşüb
Tarix: 26-10-2023 09:00 | Bölmə: Slayd
Tərtərdə traktorçu minaya düşüb

Oktyabrın 26-da səhər saatlarında Tərtər rayonu Talış kəndi ərazisində, əkin sahəsində çalışan traktorçu 1970-ci il təvəllüdlü Nurəliyev Elçin Xanbaba oğlunun minaya düşməsi barədə polisə məlumat daxil olub.

Reyting.az
DİN-nin mətbuat xidmətinin regional qrupuna istinadla bildirir ki, vətəndaş ərazidən çıxarılaraq xəstəxanaya çatdırılıb.

Aldığı xəsarətlər nəticəsində onun bir qolu amputasiya edilib.

Hadisə əkin sahəsində iş prosesi vaxtı baş verib.

Araşdırma aparılır.

***

Elçin Vəliyevin minaya düşməsi nəticəsində müxtəlif dərəcəli xəsarətlər alması barədə rayon prokurorluğuna da məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb.

Hazırda faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər