Fransa Ermənistan-Azərbaycan nizamlanması prosesindən kənarda qalacaq
Tarix: 26-10-2023 11:36 | Bölmə: Slayd
Fransa Ermənistan-Azərbaycan nizamlanması prosesindən kənarda qalacaq

"Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin iştirakı ilə Brüsseldə Əliyev-Paşinyan görüşü Azərbaycan liderinin qrafikinə uyğun gəlmədiyi üçün baş tutmayıb. Mirzoyan Ermənistanın sülh gündəmini irəli sürmək üçün ən yüksək səviyyədə dialoqu davam etdirməyə hazır olduqlarını təkrarlayıb. Nazir əlavə edib ki, bütövlükdə Avropa Siyasi Birliyinin Qranadada keçirilən sammitində verilən bəyanatda yeni heç nə yoxdur, sadəcə, prinsiplər təkrarlanıb".

Bunu Reyting.az-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

R. Musabəyov bildirib ki, A. Mirzoyan qeyri-səmimidir:

"Yenilik o idi ki, Fransa prezidenti Makron və Almaniya kansleri Şolts Ermənistanla Azərbaycan arasında gələcək razılaşmanın unikal arbitr və təminatçısı olmaq məqsədi ilə danışıqlar prosesinə şəxsən daxil oldular. Eyni zamanda, erməni-fransız cütlüyü Brüssel danışıqlarını Qranada görüşünün davamına çevirərək, Türkiyə və Rusiyanın simasında regional gücləri oyundan kənarlaşdırmağa çalışır. Amma bu variant işləməyəcək”.

R. Musabəyov əlavə edib ki, Ermənistan-Azərbaycan nizamlanması prosesində Fransa olmayacaq. Eyni zamanda Bakının iştirakı olmadan hansısa sənəd imzalanmayacaq.

E. KAMAL




Bölməyə aid digər xəbərlər