Paşinyan: “Bakı ilə sülh müqaviləsi bağlamaq üçün 3 əsas prinsip razılaşdırılıb”
Tarix: 30-10-2023 12:44 | Bölmə: Slayd
Paşinyan: “Bakı ilə sülh müqaviləsi bağlamaq üçün 3 əsas prinsip razılaşdırılıb”

“Azərbaycanla sülhün bərqərar olmasına və münasibətlərin nizamlanmasına töhfə verə biləcək üç əsas prinsip razılaşdırılıb”.

Reyting.az
xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün erməni parlamentinin daimi komissiyalarının birgə iclasında 2024-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, tərəflər bu prinsiplərə əməl etsələr, sülh müqaviləsinin imzalanması reallaşacaq.

“Birinci prinsip ondan ibarətdir ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Üstəlik, Ermənistan Respublikasının ərazisi 29,8 min kvadratmetr, Azərbaycan Respublikasının ərzisi isə 86,600 kvadratkilometr olmaqla”, - deyə Paşinyan əlavə edib.

Baş nazir deyib ki, ikinci prinsip Alma-Ata Bəyannaməsidir:

“Plana görə, dövlət sərhədinin delimitasiyası və gələcək demarkasiyası üçün siyasi əsas olmalıdır.

Üçüncü prinsip bütün regional kommunikasiyaların açılmasıdır”.

Paşinyanın fikrincə, bu, suverenliyə, yurisdiksiyaya və qanunvericiliyə qarşılıqlı hörmət prinsipləri əsasında baş verməlidir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər