Avropanın aktivləri təhlükədə - Rusiya onları müsadirə edə bilər
Tarix: 30-10-2023 14:14 | Bölmə: Slayd
Avropanın aktivləri təhlükədə - Rusiya  onları müsadirə edə bilər

Avropa Komissiyası Rusiya Federasiyasının dondurulmuş aktivlərini Ukraynaya köçürərsə, Rusiya hökuməti Avropa İttifaqı ölkələrinə məxsus aktivləri müsadirə etməklə hədələyir.

Reyting.az
xəbər verir ki, belə bir bəyanatla Rusiya Dövlət Dumasının aşağı palatasının sədri Vyaçeslav Volodin çıxış edib.

Onun sözlərinə görə, bu, “simmetrik cavab” olacaq və Avropa İttifaqının (Aİ) müsadirə edilmiş aktivlərinin məbləği Rusiya Federasiyasının dondurulmuş aktivlərindən çox ola bilər.

“Avropa Komissiyasının sədri Ursula fon der Leyen başda olmaqla, öz yerlərində qalmağa çalışan və ştatlarının pis maliyyə vəziyyətini nəzərə alaraq bir sıra avropalı siyasətçilər yenidən bizim dondurulmuş vəsaitlərimizi oğurlamaq barədə danışmağa başlayıblar. Bu halda bizim Avropada dondurulmuş vəsaitlərimizdən daha çox qeyri-dost ölkələrə məxsus aktivlər müsadirə olunacaq”, - Volodin deyib.

Volodin bildirib ki, belə bir qərar Rusiya Federasiyasının “simmetrik cavabını”, yəni Aİ aktivlərinin müsadirəsini tələb edəcək.

Xatırladaq ki, Aİ Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərini vergiyə cəlb etmək istəyir. Plana əsasən, Rusiya Federasiyasının Mərkəzi Bankının bloklanmış aktivlərindən əldə edilən mənfəət vergiyə cəlb olunacaq. Amma bu planın hüquqi yoxlamadan keçib-keçməyəcəyi suallar doğurur.

Qeyd edək ki, 2023-cü ilin 4 fevralında ilk dəfə olaraq müsadirə edilmiş Rusiya aktivlərinin Ukraynanın bərpasına yönəldilməsi razılaşdırılıb. 2023-cü ilin sentyabrında, müharibə başlayandan bəri ilk dəfə olaraq, ABŞ-ın Rusiya oliqarxlarından Ukraynaya pul köçürəcəyinə dair məlumatlar yayılıb. Söhbət veteranları dəstəkləmək və onların reabilitasiyasına lazım olan 5,4 milyon dollardan gedir.

2023-cü ilin oktyabrında bildirilib ki, Aİ və ABŞ Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə olunan gəlirləri Ukraynaya köçürmək istəyir. Yaxın gələcəkdə onlar Ukraynanın dəstəklənməsi, bərpası və yenidən qurulması üçün istifadə olunacaq vəsaitlərin köçürülmə mexanizmlərini tapmağa çalışırlar.

Y. QACAR




Bölməyə aid digər xəbərlər