İranın atdığı 120 raketdən 9-u İsrailin hava müdafiə sistemini keçə bilib - Foto
Tarix: 15-04-2024 10:51 | Bölmə: Slayd
İranın atdığı 120 raketdən 9-u İsrailin hava müdafiə sistemini keçə bilib

ABŞ mediası İranın İsrailə çatan raketləri və onların vurduğu zərərlə bağlı məlumatları özündə əks etdirən xüsusi hesabat dərc edib.

Reyting.az
-ın məlumatına görə, ABC televiziyasına danışan ABŞ-nin yüksək səviyyəli rəsmisi deyib ki, İranın təxminən 1000 kilometr uzaqlıqdan atdığı raketlərdən ən azı doqquzu İsrailin hava hücumundan müdafiə sistemini keçib və iki hava bazası vurulub.

Bildirilir ki, beş ballistik raket İsrailin cənub-şərqindəki Nevatim aviabazasına çatıb. “C-130” hərbi-nəqliyyat təyyarəsi, uçuş-enmə zolağı və bazadakı anbarlar zədələnib.

Negev hava bazasına 4 ballistik raketin düşdüyü, lakin ciddi ziyanın olmadığı bildirilir.

Bundan əlavə, İranın İsrailə atmağı planlaşdırdığı ballistik raketlərin yarısı atılmadan uğursuzluğa düçar olub.

ABC öz hesabatını iki ABŞ rəsmisinə əsaslandırıb.



İsrailin yaydığı görüntülərin birində Suriya sərhədində Tiberiya dənizində vurulan İranın “Emad” ballistik raketinin qalıqlarının çıxarıldığı aydın olur. Qeyd edək ki, 1700 kilometr mənzilli “Emad” raketi 9 il əvvəl İran tərəfindən təqdim edilib.

İsrailin məlumatına görə, tarixi hücumda 170 kamikadze pilotsuz uçan aparat, həmçinin 120 ballistik raket və 30 qanadlı raketdən istifadə edilib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}