Yadplanetlilərin daha bir sirri açılır - Foto
Tarix: 15-04-2024 11:46 | Bölmə: Slayd
Yadplanetlilərin daha bir sirri açılır

Yadplanetlilər Avropa Nüvə Tədqiqatları Mərkəzindən (CERN) Yer planetinə sızır.

Reyting.az
xəbər verir ki, belə iddia ilə Harvard Universitetində çalışan və yadplanetlilərlə bağlı açıqlamaları ilə tanınan professor. Dr. Avi Loeb çıxış edib.

Loebin iddiasına görə, yadplanetlilər CERN-də aparılan araşdırmaların aşkar etdiyi gizli ölçülərdən Yerə sıza bilər.

Professorun sözlərinə görə, yadplanetlilər mərkəzi hissəcik sürətləndiricisində gizli ölçülərdə səyahət edirlər.

CERN-dəki Böyük Adron Kollayderində (LHC) işıq sürətində olan hissəciklər, kainatın necə əmələ gəldiyini ortaya çıxaracaq gizli ölçüləri üzə çıxarmaq ümidi ilə Big Bang mühitini yenidən yaratmaq üçün toqquşur. (Böyük Partlayış kainatın meydana gəlməsi üçün kosmoloji modeldir.)



Astrofizik həmçinin yadplanetlilərin “burulmuş” ölçülərdə səyahət etmək üçün kvant qravitasiya mühəndisliyindən istifadə etdiyini önə sürüb.

Məlumat üçün qeyd edək ki, GERN İsveçrə-Fransa sərhədində yerləşir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}