COP29-un keçiriləcəyi tarix bəlli olub
Tarix: 15-04-2024 11:52 | Bölmə: Slayd
COP29-un keçiriləcəyi tarix bəlli olub

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) regionda, MDB ölkələri içərisində ilk dəfə Azərbaycanda keçiriləcək.

Reyting.az
xəbər verir ki, bunu COP29-un müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29-un baş qərargahında keçirilən ilk mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2024-cü ildə həm də Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili"dir:

"Biz Azərbaycanın körpü rolu oynadığını görürük. Yəni inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü rolunu oynamaq Azərbaycan üçün böyük nailiyyətdir. Bu il COP29-da əsas mövzu maliyyə mövzusudur".

M. Babayev həmçinin bildirib ki, əsas tədbirin noyabrın 22-də keçirilməsi planlaşdırılır.

O, COP29-un komandasının da artıq təsdiqləndiyini vurğulayıb:

"Bu işin aparılmasında həm özəl, həm dövlət, həm də vətəndaş cəmiyyətinin aktiv iştirakı önəmlidir. Bununla bağlı vətəndaşlara çağırış edirik".(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}