Bayden vəziyyətə nəzarəti itirib
Tarix: 15-04-2024 12:07 | Bölmə: Slayd
Bayden vəziyyətə nəzarəti itirib

İranın İsrailə hücumu Co Bayden administrasiyasının Yaxın Şərqdə gərginliyi azaltmaqda və Qəzza zolağında davam edən münaqişəni cilovlamaqda uğursuzluğunu nümayiş etdirir.

Reyting.az
-ın xəbərinə görə, bunu milli təhlükəsizlik və xarici siyasət üzrə ekspert Şon Makfeyt “Business Insider” nəşrinə deyib.

Onun sözlərinə görə, İran şənbə günü İsrailə raketlər və pilotsuz təyyarələr buraxaraq, bunu ölkənin Suriyadakı konsulluğuna təxminən iki həftə əvvəl endirilən hava hücumuna cavab adlandırıb. “ABŞ İranın cavab zərbəsi endirəcəyini gözləyirdi, lakin yeganə sual nə vaxt və necə idi. Eyni zamanda, prezident Co Bayden ABŞ-nin İsrailə dəstəyini təsdiqləyib və İrana İsrailə hücum etməməsi barədə xəbərdarlıq edib. Lakin bu, heç bir nəticə vermədi”, - deyə ekspert əlavə edib.

Ş. Makfeytin fikrincə, İranın Baydenin xəbərdarlığına açıq-aşkar məhəl qoymaması ABŞ-nin İsraillə Qəzza zolağı arasında müharibə zamanı ardıcıl olmayan strateji addımlar atmasının nəticəsi ola bilər və burada Bayden administrasiyasının “strateji səriştəsinin olmadığını” qeyd etmək mümkündür.

Ekspert deyib ki, Qəzza müharibəsi ilə ABŞ özünü münaqişəyə soxub və indiyədək İsrailə hərbi dəstək verməklə, eyni zamanda Qəzzaya humanitar yardım göstərməklə dünyaya qarışıq mesajlar göndərib.

“Bayden administrasiyasının eyni vaxtda İsraili silahlandırması və Qəzzaya yardım göndərməsi faktı dünyaya Bayden komandasının strateji səriştədən məhrum olduğunu göstərir”, - deyən Makfeyt qeyd edib ki, bu, Bayden komandasının artıq proseslərə nəzarəti itirdiyini göstərir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}