Ordunun illik xərci: İran 9, İsrail 24 milyard dollar ayırıb
Tarix: 15-04-2024 18:20 | Bölmə: Slayd
Ordunun illik xərci: İran 9, İsrail 24 milyard dollar ayırıb

İran şənbə gecəsi pilotsuz uçuş aparatları (PUA) və raketlərlə İsrailə gözlənilən cavab hücumu edib.

Reyting.az
xəbər verir ki, İsrail ordusunun sözçüsü Daniel Haqari İranın ölkəyə 200-dən çox silahlı PUA və raket göndərdiyini açıqlayıb. D. Haqari raketlərin bəzilərinin qanadlı, bəzilərinin isə ballistik olduğunu bildirib.

İsrail ordusu daha sonra bəyan edib ki, hücum ölkənin cənubundakı hərbi bazaya cüzi ziyan vurub və can itkisi olmayıb.

Belə gərgin bir vaxtda “Globalfire” şirkəti İran və İsrail ordularının bütün xüsusiyyətlərini müqayisə edib. Sözügedən təhlil, iki ölkənin mümkün müharibəyə girəcəyi təqdirdə, demək olar ki, nəticəsini əks etdirir.

Bildirilir ki, illərdir dünya dövlətləri tərəfindən ağır sanksiyalara məruz qalan İranın 600 min fəal hərbi qulluqçusu var. Müharibə zamanı ölkənin silahlanacağı kişilərinin sayı təxminən 50 milyondur.

İranda əsasən Rusiya istehsalı olan ümumilikdə 551 təyyarə və helikopter var.

Ölkədə 2 minə yaxın tankın, 19 sualtı qayığın və 7 döyüş gəmisinin olduğu bildirilir.

Hərbi büdcəyə gəldikdə, İran 2024-cü il üçün orduya təxminən 9 milyard dollar ayırıb.

İran ordusu dünyada 14-cü yerdədir.

İran həmçinin keçən fevral ayında iki yeni yerli hava hücumundan müdafiə sistemini, “Arman” anti-ballistik raket sistemini və “Azarakeş” aşağı hündürlükdə hava hücumundan müdafiə sistemini təqdim edib.

Üstəlik, İranın regionda bir milyona çatan müxtəlif proxy qüvvələri var. “Hizbullah”, husilər və eləcə də müxtəlif qrup döyüşçülərin İran tərəfindən dəstəkləndiyi məlumdur. Bu qruplaşmalardan ən önəmlisi Yəməndəki husilərdir. 100 min nəfərdən çox ordusu olan husilərin inventarında paytaxt Sənadan minlərlə kilometr uzaqlıqda ballistik raketlər, silahlı pilotsuz uçuş aparatları və hətta İsraili vura biləcək döyüş təyyarələri var.

Oktyabr ayından müharibə vəziyyətində olan İsrail 24 milyard dollarlıq büdcə ilə dünyada 17-ci yerdədir. 526 min hərbi qulluqçusu olan İsrailin xüsusi tapşırıqlar üçün istifadə edilən 241 döyüş təyyarəsi, 146 helikopteri, 12 nəqliyyat və 23 təyyarəsi var.

İsrail ordusunda ümumilikdə 1370 tank və 43 mindən çox zirehli texnikanın olduğu bildirilir.

İsrail donanması patrul gəmiləri və sualtı qayıqlardan ibarətdir. İsrailin bölgədə heç bir proxy gücü yoxdur, lakin Tel-Əviv demək olar ki, bütün qərb ölkələri, xüsusən də ABŞ ilə müttəfiqdir. Bu ittifaq sayəsində İsrail ordusu “F-35” kimi ən son model təyyarə və müdafiə sistemlərinə sahibdir.

Təhlildə qeyd olunur ki, İran qanadlı yeraltı və yerüstü sərvətlərə görə İsraildən irəlidə görünür.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}