11:50 / 17-06-2025
İlham Əliyev Assambleya sədrini qəbul edib - Fotolar
11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
11:24 / 17-06-2025
Xarici vətəndaşların İrandan Azərbaycan vasitəsiylə təxliyəsi davam edir
11:19 / 17-06-2025
Ərdoğan İranı niyə dəstəkləyir?
10:51 / 17-06-2025
Vətəndaşları aldadan qadın saxlanılıb
10:32 / 17-06-2025
“Azərbaycan-Almaniya Dostluq Həftəsi” keçiriləcək - Fotolar
10:26 / 17-06-2025
“Fənərbaxça”nın prezidenti Bakıya gəlib
10:23 / 17-06-2025
HƏMAS Rusiyanı İsrailə təsir göstərməyə çağırır
10:22 / 17-06-2025
Nazirliyin keçmiş vəzifəli şəxslərinin məhkəməsi başlayıb
10:11 / 17-06-2025
Naxçıvan Aqrar Sığorta Fondu ləğv edilib
09:59 / 17-06-2025
"WhatsApp"da yenilik: reklamlar və pullu abunəliklər gəlir
09:53 / 17-06-2025
2025-ci ilin büdcəsinə dəyişikliklər olacaq? - Açıqlama
09:40 / 17-06-2025
İran nüvə silahları ilə bağlı müqavilədən çıxa bilər
09:21 / 17-06-2025
İsmayıllıda oğul atasını öldürüb
08:25 / 17-06-2025
Hakan Fidan Tiranada Vyosa Osmani ilə görüşüb
08:17 / 17-06-2025
Varşava preventiv tədbirlərə əl atır
08:11 / 17-06-2025
Vaşinqton Tehranla danışıqlara tələsir
08:03 / 17-06-2025
Şakira: “ABŞ-da mühacir olmaq daim qorxu deməkdir”
07:51 / 17-06-2025
ABŞ Milli Təhlükəsizlik Şurası təcili Ağ evdə toplanır
07:44 / 17-06-2025
Kiyevə hücum: çoxmərtəbəli binalar dağılıb, ölən və çoxlu yaralı var - Foto
07:02 / 17-06-2025
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır
06:47 / 17-06-2025
Kəşfiyyat agentliyinə qadın rəhbərlik edəcək
22:43 / 16-06-2025
Zakir Həsənov Belarusa rəsmi səfər edib
22:33 / 16-06-2025
Xarici ölkə vətəndaşları İrandan Azərbaycana təxliyə olunub
20:27 / 16-06-2025
İran dövlət televiziyasının binası raketlə vurulub
18:00 / 16-06-2025
Cüdoçumuz dünya çempionatının yarımfinalına yüksəlib
17:32 / 16-06-2025
Rusiya Azərbaycandan göndərilən kartofu geri qaytarıb
15:28 / 16-06-2025
Pənah Hüseyn: "Bu addım istefa anlamına gəlmir"
14:07 / 16-06-2025
İran prezidenti: "İran nüvə silahı hazırlamaq niyyətində deyil"
13:06 / 16-06-2025
Sabah yağış yağacaq
08:07 / 14-06-2025

14:57 / 12-06-2025

07:23 / 13-06-2025

17:06 / 13-06-2025

21:38 / 12-06-2025

18:49 / 13-06-2025

11:37 / 16-06-2025

17:43 / 13-06-2025

08:47 / 16-06-2025

17:51 / 12-06-2025

17:09 / 12-06-2025

Zahid Oruc: “Bizi Rusiya, İran və Ermənistanla yenidən toqquşdurmağa çalışırlar”
Tarix: 02-05-2024 16:05 | Bölmə: Slayd

Bakı Slavyan Universiteti və Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Azərbaycanşünaslığın aktual məsələləri: tədqiqat, elmi diskurs, beynəlmiləlləşmə. Yeni dövrün Azərbaycanı” mövzusunda XV beynəlxalq elmi konfrans keçirilib.
Reyting.az xəbər verir ki, Bakı Slavyan Universitetində keçirilən konfransda Azərbaycan, Türkiyə, Rusiya, Özbəkistan, Polşa və digər ölkələrdən olan alim və mütəxəssislər də iştirak ediblər.
Tədbirdə Milli Məclisin komitə sədri, Sosial Tədqiqatlar Mərkəzinin Zahid Oruc da çıxış edib.
Z. Oruc ilk növbədə, Slavyan Universitetinə, onun rəhbəri və kollektivinə müasir dövrün aktual məsələlərini müxtəlif dövlət, hökumət və elm adamları ilə, o cümlədən xarici qonaqlarla birgə müzakirə etdiyinə görə xüsusi təşəkkürlərini çatdırıb.
Komitə sədri bildirib ki, təmsil etdiyi Mərkəzin tədbirin təşkilatçılarından biri olmaqda əsas məqsədi yeni milli ideyaları müəllim və tələbələrimizlə birgə axtarmağa hədəflənib:
“Prezident İlham Əliyevin andiçmə mərasimində irəli sürdüyü milli-mənəvi dəyərlərin qorunması, tarixi köklərə sədaqət və ən başlıcası, çoxəsrlik tariximizin ən parlaq hadisəsi olan Qələbəmizin möhkəmləndirilməsi məhz təhsil müəssisələrindən başlayır. Gənc nəsli həm hərbi, həm də bilik səngərində yetişdirmək üçün universistetlərin üzərinə böyük məsuliyyət düşür. İndi alınan hər diplom özündə qalib bir ölkənin gələcəyini etibarlı əllərə vermək olmalıdır”.
Z. Oruc qeyd edib ki, 10 may ərəfəsində, Ulu öndərin adı ətrafında toplaşmaq ilk növbədə, Azərbaycanı parlaq Qələbəyə gətirən və son 101 illik milli tariximizi, 3 formasiyanı - çarizm, sovet və müstəqillik dövrünü obyektiv qiymətləndirməyə imkan verən bir liderdən bəhs etmək deməkdir:
“Heydər Əliyevin siyasi tərcümeyi-halı millətimizin son bir əsrlik keşməkeşli tarixini özündə dolğun əks elətdirir. Fransa inqilabından təsirlənib respublika quran şərqli xaqlardan biri kimi azərbaycanlılar azad cəmiyyət quruculuğuna başlayanda Millətlər Liqasından - onun siyasi paytaxtı Parisdən nəinki layiq olduğu siyasi-mənəvi köməyi ala bilmədilər, əksinə, ingilis hərbi donanmaları gəlib Xəzəri tutdu və neft Bakısını ələ keçirdi. Nəticədə, Birinci dünya müharibəsindən məğlub çıxan bir imperiyanın qalıqları üzərində yaranan milli dövlətlər az sonra süquta uğradılar, əvəzində dünyanın ən böyük ərazisinə çevrilən internasional imperiya yarandı.
Əgər obyektiv təhlillər aparsaq deməliyik ki, totalitar quruluşun üzərindən xətt çəkib yalnız ideoloji rənginə görə xalqımızın mədəni, elmi və idarəetmə nailliyyətlərini, iqtisadi yüksəlişini inkar etsək, onda millətimizin qazandığı böyük bir irsdən məhrum olarıq. Halbuki sovet Azərbaycanı bir dövlət idi, 70-80-ci illərdə müstəqilliyə yaxın səlahiyyətlər qazanmışdı. Sovetlərin dağılmasından sonra biz kommunistlərin bütün mirasından imtina etməklə, Heydər Əliyevin liderliyi ilə qazanılan nailiyyətlərin də üzərindən xətt çəkdiyimizi, hələ yaranmamış müstəqil dövlətçiliyimizi itirəcəyimizi yəqin etdik.
Nəriman Nərimanov, Mircəfər Bağırov və İmam Mustafayevin Azərbaycan rəhbərləri kimi dövlətin milli simasını formalaşdırmaq üçün fəaliyyətləri ilə müqayisədə imperiyanın yetişdirdiyi və sonralar öz rəhbərliyinə gətirdiyi Heydər Əliyevin Azərbaycanda hakimiyyət birinciliyinə yüksəlməsi faktiki müstəqil bir dövlətin sovet konstitusiyasında əksini tapan bütün hüquqları tam gerçəkləşdirməyə imkan verdi. Heydər Əliyev heç bir ideoloji çərçivələrin xalqa xidmətin qarşısını ala bilmədiyini nümayiş etdirən nadir tarixi şəxsiyyətlərdəndir. Alınan keçici qırmızı bayraqlar 1987-1993-cü illərin xaosunda ölkənin tam dağılmasına imkan verməyən güclü iqtisadiyyatın, qabaqcıl mədəni səviyyənin, ədəbiyyatın, elmin, bir sözlə, əsrin əvvəllərində barmaqla sayılan ali təhsillilərimizin müqabilində 100 il sonra Şərqin bir çox xalqlarından qat-qat irəlidə olan bir millətin formalaşması ilə yekunlaşdı.
Heydər Əliyev siyasəti bizi 2020-ci ildə Vətən müharibəsində Qələbəyə gətirdi. İndi dünyada amansız silahlı savaşların getdiyi və beynəlxalq nizamın pozulduğu, böhran dövründə biz böyük quruculuq erasına qədəm qoymuşuq. Böyük Qayıdış yeni milli ideyamızdır.
Yerləşdiyimiz regionda internasional savaş ssenarisi 4 il əvvəl baş tutmadı. Biz müharibəni siyasi-iqtisadi inhisarçı qüvvvələrin əlindən almağı bacardıq, yeni geosiyasi arxitektura qurduq. Ona görə də milli tariximiz “Zəfərə qədər və Zəfərdən sonra” iki yerə ayrılır, lakin mahiyyətcə bir xalqın son 3 əsrlik keşməkeşli taleyini özündə əks etdirir. Yeni dünya nizamının formalaşması ilə eyni dövrə təsadüf edən yeni dövlət: 4-cü Respublika quruculuğu – yeni milli fikir, birləşdirici siyasi düşüncə, rəqabətli elmi ideyalara geniş meydan açmaq deməkdir.
Vaxtilə Rusiyada çox məşhur olan bir terminlə desək, sobiratel zemel missiyasını gerçəkləşdirən İlham Əliyev 90-cı illərdən işğalda qalan torpaqları - Qarabağ coğrafiyasından 100 kmlərlə uzaqda xüsusi təyinatlı silahsız qüvvələr kimi azad edir. Bu təkcə babalarımızın məğlubiyyət mirasını aradan qaldırmaq deyil, o cümlədən, coğrafi cəhətdən böyümə məğlub-qalib nəsillər arasında tarixi bağları yenidən formalaşdırır, keçmişin uğursuzluq və gücsüzlük zəncirini qırır, faciələrin gələcəyə ötürülməsi ənənəsinə son qoyur, atalar-oğullar müharibəsini durdurur. Lakin bütün sərhəd bölgələrində əhalini sıx məskunladırmağı bacarmasaq, belə demək mümkündürsə, birinci zolaq müdafiə xəttini boş qoysaq, onda vətənin sərhəd və təhlükəsizlik dirəkləri-bəndləri möhkəm olmaz. Qarşıdakı dövrdə sərhəd zolağı boyunca bütün kəndlərdə məskunladırmaya dair yeni Dövlət Proqramı qəbul edilməlidir.
Ötən əsrdə olduğu kimi, bu dəfə bizi Qələbəmizə görə cəzalandırmağa və sanksiyalara məruz qoymağa çalışan Qərbin demon obrazını yaratmaq istəmirik, lakin onlar agentlər kimi kəşfiyyat üsulu ilə çoxlarını ələ alır və qlobal müharibə partiyası kimi çıxış edir. Beynəlmiləl sümürgəclər və istismarçılar partiyası qalib lider İlham Əliyevlə mübarizə aparır. Əvvəlcə inqilablar yolu ilə regiona daxil olmağa və hökumətləri təyin etməyə çalışan Brüssel gildiyası indi bizi Rusiya, İran və Ermənistanla yenidən toqquşdurmağa çalışır. Rusiya sülhməramlı qüvvələrilə Azərbaycan əsgərinin 3-cü dövlətlərinin maraqlarına xidmət edən silahlı savaşının bu dəfə təkrarlanmaması və 1-ci Pyotrun qərarının dəyişməsi bir neçə Qərb dövlətini məyus edib.
Mövzuya qayıtsaq, biz ilk növbədə, təhsilimizi 44 günlük müharibədə qazanılan Qələbənin tələblərinə uyğunlaşdırmağı bacarmalıyıq. Əlbəttə, cəmiyyətimizi kənardan öyrənən bir çox xarici kəşfiyyat və siyasi mərkəzlər təkcə hərbi meydanlarda deyil, eləcə də milli gündəliyə aid bütün sferalarda dərin təhlil və hesabatlar apararaq, xalqımızı parçalamağa, onu strateji hədəflərindən yayındırmağa çalışır. Hərbi Qələbəmiz həm bir universitetin, məktəb və müəllimin, o cümlədən, yeni siyasi institutların qələbəsi olmaqla, hər birinin qarşısında mühüm vəzifələr qoyur.
Sosial Tədqiqatlar Mərkəzi olaraq 5 ildə 100 minə yaxın respondenti əhatə edən sorğular keçirmişik, 46 tədqiqat layihəsi və nəşrini ərsəyə gətirmişik, o cümlədən 10 kitab və digər intellektual məhsulları dövlətimizə və ictimaiyyətə təqdim etmişik. “Azərbaycan ailəsi və uşaqlarının sosial portreti”, “Kibercinaykarlıq və kibertəhlükəsizlik”, “Azərbaycan gəncliyi: dəyərləri, həyat tərzi və ictimai-siyasi aktivliyi”, Azərbaycanda islam, Beynəlxalq araşdırmaçı jurnalistikanın ölkəmizə hücumu və sair tədqiqatları xüsusi qeyd etmək istərdik. Nəinki bir Mərkəzin, bütövlükdə elmi-tədqiqat institutlarının yaradıcılığında müqəddəs sayılacaq “Böyük Qayıdış” sorğu-hesabatı məcburi köçkünlərin hansı təminatlar altında evlərinə dönəcəyini sistemli və beynəlxalq meyarlar əsasında tədqiq edir. Bəli, Qayıdış tədqiqat əsəri 21-ci əsrdə təkdir, müstəsnadır, çünki 30 ildən sonra savaşaraq öz torpaqlarına qayıdan xalq nümunəsi yoxdur.
Universitetlər dövləti yaradır - bu fikir tamamilə doğrudur. İrlandiyanın əhalisi 5 milyondan bir qədər çox, ÜDM-i 633 miliyard dollar təşkil etdiyi halda R və D xərcləri 2021-ci ildə 4,6 milyard avro təşkil edib. İqtisadiyyatın bütün sektorları üzrə R and D sahəsində çalışanlar 34 min nəfər olub, onlardan 59 faizi biznes sferasında çalışıb, 54 faizini kişilər təşkil edib. Ona görə ölkəmizdə də mühüm elmi çağırışlardan biri bütün tədqiqatçıların, onların çalışdıqları əsas sahələrin, ayrılan maliyyə vəsaitlərinin son 10 illik dinamikası əsasında mötəbər DATA bazanın yaradılmasını vacib sayırıq. Ölkə başçısının 2022-ci ildə imzladığı “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq, tədqiqat potensialı yüksək olan 2 universitetin bazasında 2 tədqiqat universitetinin yaradılmasını sürətləndirməyi, ali məktəblərin yeni elmi tədqiqat ənənəsinin artırılmasını, qabaqcıl elmi-tədqiqat nəşrlərində akademik çalışamları, beləliklə, Zəfərimizi elmi baxımdan möhkəmləndirməyi yeni milli ideyamızın təməl prinsiplərindən biri hesab edirik.
Ölkəmizin qarşısında dayanan çağırışlardan biri də islamofob qüvvələrə qarşı durmaqdır. Dünən Bakıda növbəti Mədəniyyətlərarası Dialoq Forumunda prezident İlham Əliyevin müstəmləkəçilik əleyhinə nitqi heç bir irqi-dini və etnik fərqlərə baxmayaraq, ölkəmizin bütün məzlum xalqlara əl uzatdığını bariz nümayiş etdirir.
İndi Qərbdə, xüsusilə Suriya, İraq və Əfqanıstandan gələn qaçqın böhranları fonunda avropalıların böyük bir qrupu müsəlmanları təhlükə sayır. Almaniya və İsveçrədə respondentlərin demək olar ki, 50 faizi islam dinini təhlükə hesab ediblər.
Antiqaçqın və antimüsəlman əhval-ruhiyyəsinin artması öz seçici qruplarını yaratmaq üçün seçki prosesində iştirak edən ifrat sağçı siyasətçilər üçün bir vasitə oldu. Pyu Tədqiqat Mərkəzinin hesabatlarından birində müsəlmanlara qarşı məhdudiyyətlər artmaqda davam edir. Hesabat göstərir ki, hökumətin tətbiq etdiyi dini məhdudiyyətlərlə bağlı Avropanın göstəriciləri 10 il ərzində iki dəfə artıb.
Ölkəmizdə çevik idarəetmə forması - harada təhsil almasından, üstün linqvistik bacarqılarından asılı olamayaraq, ilk növbədə xalqın dilini bilən məmuriyyət sisteminin formalaşdırılmasına, intellektual səfərbərliyə, data əsaslı idarəçiliyə, gələcək nəsillərlə həmrəylik ruhunda yeni milli kimliyin yaradılmasına, Azərbaycanın gələcək 30, 50 və 100 illik yeni hədəf strategiyasına, uğurlu dövlət və rifah cəmiyyəti inşasına nail olmaqla Qələbəmizin qarşıya qoyduğu mühüm milli vəzifələri yerinə yetirə bilərik.
Yeni tarixi mərhələdə Süni İntellekt əsrinin dövlət idarəçilik sistemi Beyin Mərkəzi kimi çalışmalı, elm və təhsil sistemində zəka iqtisadiyyatının çağırış və tələblərinə uyğun yeni texnoloji Azərbaycan quruculuğuna qadir olmalıyıq. Bizim öz zukkerberqlərimiz, stiv cobslarımız var, lakin onları yetişdirən texnofest mühiti yaratsaq, azərbaycanlı bayraqdarlar dünyaya nümunə olacaq. Ona görə də “Elm və texnologiya siyasəti haqqında”, “Süni İntellekt haqqında” qanunların qəbuluna ehtiyac var. Bizə Qarabağda Zəfər qazandıran tanklardan, zəka əsrinin Think tanklarına keçid edə, zəka savaşında da qalib gəlməliyik”.
Bölməyə aid digər xəbərlər

Bu gün, 11:50
İlham Əliyev Assambleya sədrini qəbul edib - Fotolar
Bu gün, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
Bu gün, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir
Bu gün, 07:02
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır
Dünən, 20:27
İran dövlət televiziyasının binası raketlə vurulub
Dünən, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
Dünən, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
Dünən, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
15-06-2025, 12:59
Prezident yeni səfirlərin etimadnamələrini qəbul edib - Fotolar
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)