11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
13:06 / 16-06-2025
Sabah yağış yağacaq
Gömrük Komitəsində əməliyyat: rəis istintaqa cəlb edilib - (Yenilənib)
Tarix: 03-05-2024 13:43 | Bölmə: Slayd
Gömrük Komitəsində əməliyyat: rəis istintaqa cəlb edilib - (Yenilənib)

Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsi tərəfindən əməliyyat keçirilib.

Reyting.az
"Bakupost"-a istinadla xəbər verir ki, əməliyyat yoxlaması zamanı gömrük əməkdaşlarının qeyri-qanuni əməlləri aşkar edilib.

Aydın olub ki, Azərbaycanı tranzit ölkə kimi keçən TIR-lar Tovuz Gömrük İdarəsinin cavabdeh olduğu ərazidə yoxlanılaraq onlardan külli miqdarda enerji içkisi və bu kimi məhsullar boşaldılıb. Daha sonra sənədlər dəyişdirilərək yük maşınları boş yola salınırmış.

Həmçinin, yoxlama zamanı Gömrük İdarəsində digər qanun pozuntuları da ortaya çıxıb.

Məsələ ilə bağlı Tovuz Gömrük İdarəsinin rəisi Elçin Şabanov dindirilmə üçün Bakıya gətirilib. Araşdırma aparılır.

Qeyd edək ki, Elçin Şabanov ötən ilin iyununda Tovuz Gömrük İdarəsinin rəisi vəzifəsinə müvəqqəti təyin olunub.

***

Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsi ilə bağlı məlumatları təsdiqləyib.

Reyting.az
-ın məlumata görə, komitə Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən enerji içkiləri və digər məhsulların qaçaqmalçılıq faktının aşkarlandığını və faktla bağlı cinayət işi başlanıldığını bildirib: "İstintaq aparılır".




Bölməyə aid digər xəbərlər