11:50 / 17-06-2025
İlham Əliyev Assambleya sədrini qəbul edib - Fotolar
11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
11:24 / 17-06-2025
Xarici vətəndaşların İrandan Azərbaycan vasitəsiylə təxliyəsi davam edir
11:19 / 17-06-2025
Ərdoğan İranı niyə dəstəkləyir?
10:51 / 17-06-2025
Vətəndaşları aldadan qadın saxlanılıb
10:32 / 17-06-2025
“Azərbaycan-Almaniya Dostluq Həftəsi” keçiriləcək - Fotolar
10:26 / 17-06-2025
“Fənərbaxça”nın prezidenti Bakıya gəlib
10:23 / 17-06-2025
HƏMAS Rusiyanı İsrailə təsir göstərməyə çağırır
10:22 / 17-06-2025
Nazirliyin keçmiş vəzifəli şəxslərinin məhkəməsi başlayıb
10:11 / 17-06-2025
Naxçıvan Aqrar Sığorta Fondu ləğv edilib
09:59 / 17-06-2025
"WhatsApp"da yenilik: reklamlar və pullu abunəliklər gəlir
09:53 / 17-06-2025
2025-ci ilin büdcəsinə dəyişikliklər olacaq? - Açıqlama
09:40 / 17-06-2025
İran nüvə silahları ilə bağlı müqavilədən çıxa bilər
09:21 / 17-06-2025
İsmayıllıda oğul atasını öldürüb
08:25 / 17-06-2025
Hakan Fidan Tiranada Vyosa Osmani ilə görüşüb
08:17 / 17-06-2025
Varşava preventiv tədbirlərə əl atır
08:11 / 17-06-2025
Vaşinqton Tehranla danışıqlara tələsir
08:03 / 17-06-2025
Şakira: “ABŞ-da mühacir olmaq daim qorxu deməkdir”
07:51 / 17-06-2025
ABŞ Milli Təhlükəsizlik Şurası təcili Ağ evdə toplanır
07:44 / 17-06-2025
Kiyevə hücum: çoxmərtəbəli binalar dağılıb, ölən və çoxlu yaralı var - Foto
07:02 / 17-06-2025
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır
06:47 / 17-06-2025
Kəşfiyyat agentliyinə qadın rəhbərlik edəcək
22:43 / 16-06-2025
Zakir Həsənov Belarusa rəsmi səfər edib
22:33 / 16-06-2025
Xarici ölkə vətəndaşları İrandan Azərbaycana təxliyə olunub
20:27 / 16-06-2025
İran dövlət televiziyasının binası raketlə vurulub
18:00 / 16-06-2025
Cüdoçumuz dünya çempionatının yarımfinalına yüksəlib
17:32 / 16-06-2025
Rusiya Azərbaycandan göndərilən kartofu geri qaytarıb
15:28 / 16-06-2025
Pənah Hüseyn: "Bu addım istefa anlamına gəlmir"
14:07 / 16-06-2025
İran prezidenti: "İran nüvə silahı hazırlamaq niyyətində deyil"
13:06 / 16-06-2025
Sabah yağış yağacaq
08:07 / 14-06-2025

14:57 / 12-06-2025

07:23 / 13-06-2025

17:06 / 13-06-2025

21:38 / 12-06-2025

18:49 / 13-06-2025

11:37 / 16-06-2025

17:43 / 13-06-2025

08:47 / 16-06-2025

17:51 / 12-06-2025

17:09 / 12-06-2025

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaq üçün xidmət haqları müəyyənləşib
Tarix: 03-05-2024 16:48 | Bölmə: Slayd

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri üzrə qiymətlər bəlli olub.
Reyting.az-ın məlumatına görə, Tarif (qiymət) Şurasının Katibliyindən bildiriblər ki, istehlakçıların elektrik və qazpaylayıcı şəbəkələrə qoşulması üçün daha keyfiyyətli xidmətlərdən istifadəsinə, vaxt və xərclərin optimallaşdırılmasına istiqamətlənmiş tədbirlər həyata keçirilir. Şəbəkələrə qoşulma ilə bağlı xərclərin qarşılanmasında vahid yanaşmanın, istehlakçı xərclərinin əvvəlcədən proqnozlaşdırılmasının zəruriliyi və digər bu kimi səbəblər bu sahədə yeni tənzimləməni zəruri edirdi.
Bununla əlaqədar olaraq, Tarif Şurasının 3 may 2024-cü il tarixində keçirilmiş iclasında Energetika və İqtisadiyyat nazirliklərinin, Dövlət Neft Şirkəti, “Azərişıq” ASC-nin təklifləri əsasında elektrik və qazpaylayıcı şəbəkəyə qoşulma xidmətləri üzrə ödənişlərin məbləğləri müəyyənləşdirilib.
Elektrik şəbəkəsinə qoşulma üzrə ödəniş məbləğləri aşağıdakı kimi müəyyən edilib:
- 1 fazlı təchizat üzrə 10 kVt-dək 40 manat/kVt;
- 1 fazlı təchizat üzrə 10 kVt-dan yuxarı 60 manat/kVt;
- 3 fazlı təchizat və aşağı gərginlik üzrə 293 manat/kVt;
- Orta gərginlik üzrə 170 manat/kVt.
Yeni tənzimləməyə əsasən məişət abonentləri üzrə 1 fazlı təchizatda qoşulma tələb olunan gücdən asılı olaraq 1 kVt-dan da başlaya bilər. Bu halda tələb olunan güc 3 kVt-dək olduqda xərc enir, 4 kVt olduqda xərc sabit qalır, 5 kVt və ondan artıq olduqda isə xərc artır. Qeyd edək ki, tələb olunan gücdən asılı olmayaraq əhali üzrə bu vaxta qədər xərc 160 manat təşkil edirdi. Əhali isteklakçılarında 1 fazlı təchizat sxemi üzrə 5 kVt-dək qoşulmalar 97,4% təşkil edir ki, bu da böyük istehlakçı qruplarının xərclərindəki azalmanın əhatə dairəsini göstərir.
Həmçinin yeni ödəmə məbləğlərinə əsasən ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərində 1 fazlı təchizat sxemi üzrə aşağı güc qoşulmalarının (20 kVt daxil) ödəniş məbləğləri 60-76% azalır.
3 fazlı və tələb olunan güc 20 kVt-dan 50 kVt-dək olduqda elektrik şəbəkəsinə qoşulma xidmətləri üzrə ödəniləcək məbləğ də azalır. Tələb olunan güc 50 kVt-dan 200 kVt-dək olduqda isə məbləğ artır.
Eyni zamanda, 3 fazlı və yuxarı güc qoşulmalarında şəbəkənin gücləndirilməsi ilə əlaqədar əlavə tələblər aradan qaldırıldığı üçün sahibkarlıq subyektləri yalnız tarifə uyğun ödənişlər edəcək. Bu da şəbəkənin gücləndirilməsi ilə bağlı sahibkarların xərclərini aradan qaldırmaqla ümumi xərclərinin azalmasına səbəb olacaqdır.
Qazpaylayıcı şəbəkəyə qoşulma üzrə ödəniş məbləğləri aşağıdakı kimi müəyyən edilib:
- Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə layihə smeta sənədlərinin hazırlanması da daxil olmaqla məişət qaz qurğularının (ümumi qaz sərfiyyatı 10 m3/saat olan) düz xətt üzrə 100 metr məsafədə yerləşən şəbəkəyə texnoloji və fiziki qoşulma xidməti üzrə birlikdə - 271 manat;
- Ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə tikinti obyektlərinin şəbəkəyə fiziki qoşulma xidməti üzrə - 160 manat.
Yeni tənzimləmələrə qədər qazpaylayıcı şəbəkəyə qoşulma işləri istehlakçılarla podratçılar arasında razılaşmaya uyğun qiymətlə həyata keçirilirdi. Yəni, tənzimləmədən əvvəl istehlakçılara şəbəkəyə qoşulmaq üçün müxtəlif podratçılar tərəfindən fərqli qiymətlər təklif olunurdusa, artıq tənzimləmədən sonra vahid və optimal qiymətlər müəyyənləşib.
Qeyd edək ki, illik qoşulmaların 99%-i məişət qaz qurğularını təşkil edir ki, onun da 96%-i əhali abonentlərinə aiddir. Beləliklə, böyük çoxluqda istehlakçıların qazpaylayıcı şəbəkəyə qoşulması prosesi optimallaşdırılıb və bu sahədə xərclərin azalmasına imkan yaranıb.
Lakin, ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdə və sənaye qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması ilə bağlı tikinti obyektləri tənzimlənmiş tariflərlə yalnız fiziki qoşulmaya görə ödəniş edəcəklər. Qoşulma ilə əlaqədar digər işlər, yəni, layihə smeta sənədlərinin hazırlanması, tikinti obyektindən qoşulma nöqtəsinə kimi olan hissədə işlərin görülməsi tənzimlənmədiyi üçün icraçı ilə bağlanmış müqavilələr əsasında sifarişçinin vəsaiti hesabına həyata keçiriləcəkdir.
Elektrik və təbii qaza qoşulmayla bağlı həyata keçirilən yeni tənzimləmələr bu sahədə şəffaflığı artıracaq, istehlakçıların keyfiyyətli xidmətlərdən faydalanmaqla vaxt və xərclərinin optimallaşdırılmasına imkan yaradacaq, enerji təchizatı müəssisələrinin dayanıqlı və keyfiyyətli xidmət göstərməsinə töhfə verəcək.
Qərarlar 3 iyun 2024-cü il tarixindən qüvvəyə minəcək.
Həmçinin iclasda yeni dövlət qeydiyyatına alınan 66 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib. Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.
Qərarlarla Tarif Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.
Bölməyə aid digər xəbərlər

Bu gün, 11:50
İlham Əliyev Assambleya sədrini qəbul edib - Fotolar
Bu gün, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
Bu gün, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir
Bu gün, 07:02
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır
Dünən, 20:27
İran dövlət televiziyasının binası raketlə vurulub
Dünən, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
Dünən, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
Dünən, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
15-06-2025, 12:59
Prezident yeni səfirlərin etimadnamələrini qəbul edib - Fotolar
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)