11:24 / 17-06-2025
Xarici vətəndaşların İrandan Azərbaycan vasitəsiylə təxliyəsi davam edir
11:19 / 17-06-2025
Ərdoğan İranı niyə dəstəkləyir?
10:51 / 17-06-2025
Vətəndaşları aldadan qadın saxlanılıb
10:32 / 17-06-2025
“Azərbaycan-Almaniya Dostluq Həftəsi” keçiriləcək - Fotolar
10:26 / 17-06-2025
“Fənərbaxça”nın prezidenti Bakıya gəlib
10:23 / 17-06-2025
HƏMAS Rusiyanı İsrailə təsir göstərməyə çağırır
10:22 / 17-06-2025
Nazirliyin keçmiş vəzifəli şəxslərinin məhkəməsi başlayıb
10:11 / 17-06-2025
Naxçıvan Aqrar Sığorta Fondu ləğv edilib
09:59 / 17-06-2025
"WhatsApp"da yenilik: reklamlar və pullu abunəliklər gəlir
09:53 / 17-06-2025
2025-ci ilin büdcəsinə dəyişikliklər olacaq? - Açıqlama
09:40 / 17-06-2025
İran nüvə silahları ilə bağlı müqavilədən çıxa bilər
09:21 / 17-06-2025
İsmayıllıda oğul atasını öldürüb
08:25 / 17-06-2025
Hakan Fidan Tiranada Vyosa Osmani ilə görüşüb
08:17 / 17-06-2025
Varşava preventiv tədbirlərə əl atır
08:11 / 17-06-2025
Vaşinqton Tehranla danışıqlara tələsir
08:03 / 17-06-2025
Şakira: “ABŞ-da mühacir olmaq daim qorxu deməkdir”
07:51 / 17-06-2025
ABŞ Milli Təhlükəsizlik Şurası təcili Ağ evdə toplanır
07:44 / 17-06-2025
Kiyevə hücum: çoxmərtəbəli binalar dağılıb, ölən və çoxlu yaralı var - Foto
07:02 / 17-06-2025
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır
06:47 / 17-06-2025
Kəşfiyyat agentliyinə qadın rəhbərlik edəcək
22:43 / 16-06-2025
Zakir Həsənov Belarusa rəsmi səfər edib
22:33 / 16-06-2025
Xarici ölkə vətəndaşları İrandan Azərbaycana təxliyə olunub
20:27 / 16-06-2025
İran dövlət televiziyasının binası raketlə vurulub
18:00 / 16-06-2025
Cüdoçumuz dünya çempionatının yarımfinalına yüksəlib
17:32 / 16-06-2025
Rusiya Azərbaycandan göndərilən kartofu geri qaytarıb
15:28 / 16-06-2025
Pənah Hüseyn: "Bu addım istefa anlamına gəlmir"
14:07 / 16-06-2025
İran prezidenti: "İran nüvə silahı hazırlamaq niyyətində deyil"
13:06 / 16-06-2025
Sabah yağış yağacaq
13:01 / 16-06-2025
İrandan 41 Azərbaycan vətəndaşı təxliyə olunub
12:35 / 16-06-2025
İsrail-İran qarşıdurması Cənubi Qafqazda necə əks-səda verir?
08:07 / 14-06-2025

14:57 / 12-06-2025

07:23 / 13-06-2025

17:06 / 13-06-2025

21:38 / 12-06-2025

18:49 / 13-06-2025

11:37 / 16-06-2025

17:43 / 13-06-2025

08:47 / 16-06-2025

17:51 / 12-06-2025

17:09 / 12-06-2025

Qəzza müharibəsinin növbəti mərhələsi başlayıb - Daha böyük savaş siqnalı
Tarix: 07-05-2024 11:14 | Bölmə: Slayd

Fələstinlilər döyüşlərin növbəti mərhələsini gözləyən Qəzza zolağının cənubundakı Rəfah şəhərinin şərqini tərk etməyə başlayıblar. İsrail ordusu (IDF) evakuasiya elan edib, onun komandanlığı anklavda güc ssenarisinin hazırlanmasına "alternativ" olmadığına inanır. Yəhudi dövlətinin hökuməti girovların azad edilməsi üçün HƏMAS qruplaşması ilə danışıqların dalana dirəndiyi bir vaxtda bu qənaətə gəlib.
Reyting.az xəbər verir ki, bu barədə “Nezavisimaya qazeta” yazıb.
Rusiya nəşrinin təhlilində qeyd olunur:
Hadisə şahidlərinin “Reuters” agentliyinə verdiyi məlumata görə, Rəfahın şərq hissəsinin sakinləri tədricən şəhəri tərk etməyə başlayıblar. Səbəb, plakatlar, telefon mesajları və zənglərdən istifadə edərək, mülki əhalini yaxınlıqdakı humanitar zonaya köçməyə çağıran İsrail hərbçilərinin rəsmi bildirişləridir.
Xüsusilə də fələstinliləri Əl-Məvasi və Xan Yunisdəki təhlükəsiz bölgələrə yönəltməyə çalışırlar. Təxmini hesablamalara görə, İsrail hərbi əməliyyatının növbəti mərhələsinin hədəfi olmalı olan Rəfahdan “məhdud miqyasda” təxliyə çərçivəsində 100 minə yaxın insan çıxarıla bilər.
“Reuters” mənbələri qeyd edir ki, mülki şəxslərin IDF-yə təhvil verilməsi üçün heç bir müddət müəyyən edilməyib.
Mayın 6-na keçən gecə Rəfahın şərq rayonları artıq IDF tərəfindən atəşə tutulub. HƏMAS hücum kampaniyasının yeni mərhələsinə hazırlıqlara sərt reaksiya verib.
Fələstin hərəkatının nümayəndəsi İsrail portalı “Walla” ilə söhbətində bildirib ki, İsrailin mülki əhalini hərbi əməliyyatların potensial intensivləşməsi ərəfəsində Rəfahın bəzi hissələrini boşaltmağa çağırması girovların azad edilməsi üçün onsuz da çətin olan danışıqlar prosesinin uğursuzluğuna gətirib çıxaracaq.
Tərəflər müharibəni müvəqqəti dayandıra biləcək dialoqun pozulmasında bir-birini ittham edir.

İsrail rəsmiləri güclü ssenarinin inkişafının qaçılmaz olduğunu bildirir. Yəhudi müdafiə naziri Yoav Qalant amerikalı həmkarı Lloyd Ostinə telefon danışığında HƏMAS-ın mübadilə məsələsinə “ciddi yanaşması” olmadığını deyib.
O, HƏMAS-ın “təklif olunan çərçivədən imtina etdiyini” bildirib və “alternativin olmaması üçün Rəfah bölgəsi də daxil olmaqla, hərbi əməliyyatların zəruri olduğunu” vurğulayıb.
İsrailli nazir deyib: “İsrail öz sərhədlərində terror strukturlarının davamlı olmasına dözməyəcək və müharibənin məqsədlərinə çatmağa sadiqdir: hərbi və hökumət orqanı kimi HƏMAS-ın məhv edilməsi və 132 girovun geri qaytarılması”.
Birləşmiş Ştatlar əmindir ki, Netanyahunun qurudan hücum mərhələsini tərk etməsi məntiqlidir.
Amerikanın “Axios” portalının mənbələri xəbər verir ki, prezident Co Bayden administrasiyası İsrail ordusu üçün nəzərdə tutulan Amerika istehsalı olan sursatların tədarükünü dondurub. Bu, Qəzzada müharibə başlayandan bəri ABŞ-nın faktiki olaraq İsrailə mühüm raketlərin göndərilməsinə mane olduğu ilk epizoddur. Qərarın səbəbləri məlum deyil. Bunun birdəfəlik hadisə sayıla biləcəyi də məlum deyil. Lakin bu hadisə İsrail hökuməti daxilində ciddi narahatlığa səbəb olub.
Baş nazir Benyamin Netanyahu açıq şəkildə vurğulayıb ki, o, Qəzzada atəşkəsin potensial girov müqaviləsinə daxil edilməsi imkanını görmür, çünki onun sözlərinə görə, bu, HƏMAS-ı Qəzzada inzibati element kimi saxlamağa kömək edəcək.
Bir həftə əvvəl ABŞ dövlət katibi Antoni Blinken İsrailə səfər edib və ABŞ rəsmilərinin dediyinə görə, İsrail hökumətinin başçısı ilə mümkün əməliyyatla bağlı üz-üzə kifayət qədər sərt danışıb. Vaşinqton inandırmaq üçün bütün vasitələrdən istifadə etmək istəyir. Yaxın vaxtlarda Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnsün də yəhudi dövlətinə səfər edəcəyi gözlənilir. Qəzzanın bu hissəsinə hücum da mərkəzi mövzu olacaq.
Söz düşmüşkən, Qəzzada böhran uzandıqca, ərəb dünyası anklavın münaqişədən sonrakı strukturu ilə bağlı yanaşmalarını yenidən nəzərdən keçirir. Mənbələrin “Financial Times”-a verdiyi məlumata görə, İsrailin bölgədəki bəzi qonşuları artıq Qəzzaya beynəlxalq sülhməramlı qüvvələrin yeridilməsinə qarşı deyil. Əgər əvvəllər bəzi oyunçular Fələstinin sahilyanı hissəsinin fələstinlilərin özləri tərəfindən idarə olunmasında israr edir və anklavlara hər hansı xarici qoşun göndərilməsi ideyasını dəstəkləməkdən imtina edirdilərsə, indi onlar sülhməramlı qüvvələrin göndərilməsini “öhdəliyin” sübutu kimi istisna etmirlər.
İsrail tərəfi üçün vəziyyəti daha da ağırlaşdırır ki, IDF əməliyyat zonası Rəfah və onun ətrafını əhatə etsə, HƏMAS-a qoşulan qüvvələr ola bilər. Mayın 6-da Livanın “Hizbullah” qruplaşmasının dəstələri Suriyanın Colan təpələrində İsrail hərbçilərinin mövqelərinə hücum edib. O cümlədən, Nafah rayonunda yerləşən 210-cu “Ha-Başan” ərazi diviziyasının qərargahı atəşə tutulub.
Qrup zərbələri “qisas aktı” adlandırıb. Ərəbistan yarımadası yaxınlığından keçən beynəlxalq gəmilərə təsadüfi hücumlarını birbaşa Qəzza zolağındakı hərbi vəziyyətlə əlaqələndirən Yəmən husiləri ilə də eyni vəziyyət yaranır.
Y. QACAR
P.S. Bu gün səhər İsrail ordusu Rəfah ərazisinə hücuma başlayıb. Artıq İsrail ordusunun Qəzza zolağı istiqamətindən Rəfah keçid məntəqəsini ələ keçirdiyi və HAMAS-ın ərazidəki 50-dən çox obyektinin vurulduğu bildirilir.
Bölməyə aid digər xəbərlər

Bu gün, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
Bu gün, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir
Bu gün, 07:02
Tramp sakinləri Tehranı təcili tərk etməyə çağırır
Dünən, 20:27
İran dövlət televiziyasının binası raketlə vurulub
Dünən, 11:06
Dünyada nüvə silahı ilə bağlı gərginlik artır
Dünən, 08:47
İranın nüvə obyektinə zərbələr zəlzələyə səbəb olub
Dünən, 00:13
İran XİN-nin binası vurulub - Ölən və yaralanan var
15-06-2025, 12:59
Prezident yeni səfirlərin etimadnamələrini qəbul edib - Fotolar
14-06-2025, 20:24
Ərdoğan İlham Əliyevə zəng edib
14-06-2025, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
13-06-2025, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
13-06-2025, 16:44
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
13-06-2025, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
13-06-2025, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
13-06-2025, 09:57
İsrailin İrana zərbələri davam edəcək
13-06-2025, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13-06-2025, 08:30
AZAL son hadisələrlə əlaqədar bəzi reysləri ləğv edib - Siyahı
13-06-2025, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)