Almatıdakı görüşdən əhəmiyyətli irəliləyişlər gözləməyə dəyərmi?
Tarix: 07-05-2024 11:30 | Bölmə: Slayd
Almatıdakı görüşdən əhəmiyyətli irəliləyişlər gözləməyə dəyərmi?

Mayın 10-da Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar keçiriləcək. Azərbaycanın Dağlıq Qarabağ üzərində suverenliyinin bərqərar etməsindən sonra böyük ümidlərin bağlandığı sülh prosesi hələ də nəzərəçarpacaq nəticələr verməyib.

Reyting.az
xəbər verir ki, bu barədə sosial şəbəkələrdə rusiyalı politoloq Sergey Markedonov yazıb.

O, yazısının davamında qeyd edib:

“Növbəti danışıqlar raundunun əhəmiyyəti nədir?

2024-cü ilin əvvəlindən iki ölkənin yüksək rütbəli nümayəndələri bir neçə dəfə görüşüblər. Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında Bavariyanın paytaxtında məşhur təhlükəsizlik konfransının “kuluarında” danışıqlar qeyd edilməlidir. Hərgah sonralar Avropanın vasitəçiliyi əhəmiyyətli nəticələr vermədi. Lakin Münhen raundundan az sonra Berlində Bayramovla Mirzoyan arasında görüş baş tutub. Rəsmi Bakı avropalıları və amerikalıları ermənipərəstlikdə təqsirləndirsə də, İrəvan, əksinə, bütün gücü ilə “beynəlxalq təmasların şaxələndirilməsi” xəttini, ABŞ və Aİ ilə faktiki yaxınlaşmağa çalışırdı. Aprelin 5-də Brüssel danışıqları bunun bariz nümunəsi oldu.

İndi Qazaxıstan meydana çıxıb. Prezident Qasım-Jomart Tokayev Bakı və İrəvana iki səfər edib. Aydındır ki, o, mühüm danışıqlar platforması kimi ölkəsinin kapitallaşmasını artırmağa çalışır. Suriya üzrə Astana formatı indiki Qazaxıstan liderinin sələfi dövründə yaransa da, artıq özünü doğruldub.

Almatıdakı görüşdən əhəmiyyətli irəliləyişlər gözləməyə dəyərmi? Bu suala aydın cavab yoxdur. Çətin ki, nazirlər hansısa sülh sazişi imzalasınlar, bu, sadəcə olaraq, onların səlahiyyətində deyil. Etibarı gücləndirmək necə? Nəzəri cəhətdən gözəl görünür, amma praktikada bu cür proseslər bir aktlı təzahür ola bilməz. Etibarın öz-özünə meydana çıxmadığı həqiqət olduğu kimi, sülh sazişi üçün konkret təkliflərin hazırlanması da tərəflərin mövqelərinin yaxınlaşmasına dəqiq kömək edə bilər.

Bununla belə, mümkün fikir uyğunsuzluqlarını da proqnozlaşdırıram. Rəsmi İrəvan artıq Azərbaycanla qarşılıqlı öhdəliklərin yazılı şəkildə qeydə alınmasını təklif edib. Lakin Bakı əslində, əvvəllər sülh sazişinin mətnindən başqa heç bir zəmanəti qeydə almaq istəmirdi, o hesab edirdi ki, məhz Ermənistan tərəfi uzun illər davam edən münaqişəyə görə məsuliyyət daşıdığından daha sözəbaxımlı və güzəştə gedən olmalıdır”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}