Rusiya Ukraynanın altı regiondakı enerji obyektlərinə zərbə endirib
Tarix: 08-05-2024 09:01 | Bölmə: Slayd
Rusiya Ukraynanın altı regiondakı enerji obyektlərinə zərbə endirib

Bu gecə Rusiya raket və pilotsuz təyyarələrlə Ukraynanın 6 bölgədəki enerji obyektlərinə hücum edib.

Reyting.az
-ın xarici KİV-lərə istinadla verdiyi məlumata görə, Ukraynanın energetika naziri German Qaluşenko deyib ki, Poltava, Kirovoqrad, Zaporojye, Lvov, İvano-Frankivsk və Vinnitsa vilayətlərində elektrik enerjisi istehsalı və ötürülməsi obyektlərinə hücum olub.

Hücuma məruz qalan yerlər arasında Lvov vilayətinin Dobrotvor kəndi və Vinnitsa vilayətinin Ladıjin şəhərindəki istilik elektrik stansiyalarının yerləşdiyi ərazilər xüsusi qeyd edilir.

Poltava vilayət administrasiyasının rəhbəri Filip Pronin teleqramda yazıb ki, vilayətdə pilotsuz təyyarə müəyyən enerji infrastrukturu obyektini vurub və nəticədə orada yanğın baş verib.

Pronin ilkin məlumatına görə, itki yoxdur.

Zaporojye vilayət administrasiyasının rəhbəri İvan Fedorov öz teleqram kanalında yığcam şəkildə qeyd edib ki, onun bölgəsində hücumların hədəfi enerji obyektləri və kritik infrastruktur olub, dağıntılar olsa da, tələfat yoxdur.

Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popko bildirib ki, paytaxta doğru uçan bütün raketlər və pilotsuz təyyarələr vurulub.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}