11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
13:06 / 16-06-2025
Sabah yağış yağacaq
Məleykə Abbaszadə: “İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək”
Tarix: 18-05-2024 10:46 | Bölmə: Slayd
Məleykə Abbaszadə: “İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək”

Azərbaycanda yeni tədris ilində iki yeni universitetin açılması qəbul ballarına təsir edəcək.

Reyting.az
xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

M. Abbaszadə bildirib ki, keçid balları ali məktəbə, ixtisasa və verilən plan yerlərinə uyğun müəyyənləşir: "Bu il şagird sayının artması və açılan iki yeni universitetə qəbul keçid ballarına təsir edəcək. Bəzi ixtisaslarda orta bal 1-2 bal arta bilər".

M. Abbaszadənin sözlərinə görə, hələ ki, attestatla ali məktəbə qəbul gözlənilmir. Yəni “0” balla da attestat alan var və bu balla universitetə qəbul mümkün deyil. O, əlavə edib ki, ola bilsin, gələcəkdə qəbul modeli dəyişsin.

Onu da qeyd edək ki, yeni tədris ilində iki yeni ali təhsil müəssisəsi - Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universiteti fəaliyyətə başlayacaq.

ELÇİN




Bölməyə aid digər xəbərlər