11:42 / 17-06-2025
"Mossad"ın binası vurulub
13:06 / 16-06-2025
Sabah yağış yağacaq
Çin kosmosa turist daşıyacaq - Foto
Tarix: 18-05-2024 12:35 | Bölmə: Slayd
Çin kosmosa turist daşıyacaq

Çinin "CAS Space" şirkəti 2028-ci il üçün nəzərdə tutulan kosmosa turist səfərinə start verməyi planlaşdırır. Turist gəmiləri hər 100 saatdan bir kosmosa və ətraf məkanlara göndəriləcək.

Reyting.az
"Reuters" agentliyinə istinadla xəbər verir ki, Çin Elmlər Akademiyasının (CAS) törəmə şirkəti "CAS Space"-nin kosmik turizm gəmisinin ilk sınaq uçuşu böyük ehtimalla 2027-ci ildə olacaq.

Məlumata görə, "CAS Space" kosmik şirkəti həm də "Virgin Galactic" və "Blue Origin" kimi suborbital uçuşları gerçəkləşdirməyi planlaşdırır.

Ehtimala görə, "CAS Space" 2028-ci ilə planlaşdırdığı turist səfərlərini kosmosun kənarına göndərə biləcək.

Şirkətdən deyiblər ki, onların planlarına görə bu səyahət üçün nəzərdə tutulmuş "Kosmik turizm vasitəsi" dörd panoramik pəncərəli kabinədən ibarət olacaq və hər bir uçuşda yeddi sərnişin daşıyacaq.



"CAS Space" şirkətinin saytında qeyd olunur ki, diametri 3,35 metr olan, hündürlüyü 3 metrə çatan daşıyıcı qurğunun 1000 kiloqrama qədər yükgötürmə qabiliyyəti var. O, Yer üzündən təxmin edildiyi kimi 100 kilometr yuxarı qalxaraq, orada 550 saniyəyə qədər, 10 dəqiqədən də az bir vaxtda qalmaq bacarığına malikdir.

"CAS Space" yeni tikilmiş aerokosmik əyləncə parkından kosmosa yola düşəcək. Səfər üçün 10 gəmidən istifadə ediləcək və hər 100 saatdan bir buraxılış uçuşları planlaşdırılır.

"CAS Space"-nin uçuş qiyməti adambaşına 2 milyondan 3 milyon Çin yuanına qədər, yəni 400 min ABŞ dollarından çox olacaq.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər