Vaşinqton İrəvandan göndərilən sorğuları araşdırır
Tarix: 23-05-2024 07:52 | Bölmə: Slayd
Vaşinqton İrəvandan göndərilən sorğuları araşdırır

Ağ ev Vaşinqtonun İrəvana dəstəyi gücləndirmək məqsədilə hansı addımları ata biləcəyini müəyyən etmək üçün Ermənistandan gələn “bir sıra sorğuları” nəzərdən keçirir.

Reyting.az
xarici mediaya istinadla bildirir ki, bu barədə dünən Birləşmiş Ştatların dövlət katibi Antoni Blinken açıqlama verib.

Konqresin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsindəki dinləmələrdə çıxış edən ABŞ diplomatiyasının rəhbəri məsələnin təfərrüatına varmadan deyib:

“Biz Ermənistana dəstəyimizi və onunla əməkdaşlığımızı daha da gücləndirməkdən ötrü nə edə biləcəyimizi müəyyən etmək üçün İrəvandan gələn bir sıra sorğuları nəzərdən keçiririk”.

Eyni zamanda, A. Blinken onu da xatırladıb ki, aprelin əvvəlində (aprelin 5-də -red.) onun Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Ermənistan baş naziri Nikol Paşinyanla Brüsseldə görüşü baş tutub. Xarici siyasət idarəsi rəhbərinin sözlərinə görə, bu məsləhətləşmələr məhz ABŞ və Avropa İttifaqının “Ermənistanı dəstəkləmək üçün daha nə edə biləcəklərini” öyrənmək məqsədilə aparılıb. “Biz bir sıra sahələrdə əməkdaşlığımızı irəli aparacağıq”, - deyən Blinken bu zaman yenə də İrəvanın “sorğularının” konkret nədən ibarət olduğu barədə detallara varmayıb.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
24-07-2024, 08:16 Ayda suyun izi tapılıb

{sape_links}{sape_article}