23:40 / 13-06-2025
Putin Pezeşkian və Netanyahu ilə telefon danışıqları aparıb
22:31 / 13-06-2025
İran İsrailə raket hücumuna başlayıb
21:20 / 13-06-2025
Şəmkirdə iki nəfər kanalda batıb
19:03 / 13-06-2025
Müğənninin itkin düşən qardaşı oğlu tapılıb
18:49 / 13-06-2025
“Rəmzi qisas erası bitdi” - Ekspertlər İsrail-İran duelinin aqibətini necə görür?
18:29 / 13-06-2025
“Space” TV-yə xəbərdarlıq ediblər
18:23 / 13-06-2025
ABŞ İranı vurmaq üçün “yaşıl işıq” yandırıb
18:05 / 13-06-2025
Təl-Əvivdə kritik görüş başlayır
18:03 / 13-06-2025
Vilayət Eyvazov Gürcüstan DİN başçısı ilə görüşüb
17:58 / 13-06-2025
90-a yaxın mədəniyyət nümayəndəsi İrandan Azərbaycana gətiriləcək
17:43 / 13-06-2025
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
17:22 / 13-06-2025
Tramp: İrana 60 gün vaxt vermişdim, bu gün 61-ci gündür
17:06 / 13-06-2025
Laçın şəhərinin Baş planı təsdiqlənib
17:03 / 13-06-2025
Qriqoryan: Paşinyan-Ərdoğan görüşünü inkar etmirəm
16:54 / 13-06-2025
Son 24 saatda Təbriz üçüncü dəfə hücuma məruz qalıb
16:50 / 13-06-2025
“Ulduz”lu görüşlər”in növbəti qonağı Nizami Cəfərov olub - Fotolar
16:44 / 13-06-2025
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
16:38 / 13-06-2025
AEBA: "İranın Natanzdakı nüvə obyekti ciddi şəkildə zədələnib"
16:24 / 13-06-2025
İsrailin Tehrana hücumu nəticəsində 78 nəfər ölüb
16:21 / 13-06-2025
Hikmət Hacıyev Çexiyaya səfər edib
16:09 / 13-06-2025
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
15:30 / 13-06-2025
Axtarışda olan şəxslər Azərbaycana ekstradisiya edilib
13:02 / 13-06-2025
XİN: "İranda Azərbaycan vətəndaşları zərər çəkməyib"
12:57 / 13-06-2025
Sabah hava necə olacaq? - Proqnoz
12:48 / 13-06-2025
Dünən bank kartlarından 20 min manat oğurlanıb
12:34 / 13-06-2025
Trampın xüsusi nümayəndəsi iranlı diplomatlarla görüşmək niyyətindədir
12:22 / 13-06-2025
“Mossad” agentləri İran ərazisində PUA bazası qurublar
12:11 / 13-06-2025
İran BMT TŞ-dan fövqəladə iclas tələb edir
11:55 / 13-06-2025
İrana səfərdən çəkinmək tövsiyə olunur
11:49 / 13-06-2025
Qanunsuz aborta görə cəzalar sərtləşdirilir
13:07 / 10-06-2025

09:31 / 09-06-2025

22:32 / 09-06-2025

08:48 / 09-06-2025

16:32 / 10-06-2025

21:10 / 09-06-2025

18:45 / 10-06-2025

13:40 / 11-06-2025

11:18 / 10-06-2025

09:22 / 09-06-2025

17:50 / 09-06-2025

14:57 / 12-06-2025

Füzuli şəhərinin bərpası Qarabağın dirçəldiləməsini intensivləşdirir
Tarix: 17-10-2024 12:19 | Bölmə: Slayd

Müasir dövrümüzdə Azərbaycan xalqının və dövlətinin tarixi missiyaları kifayət qədər qürurvericidir. Dövlətimizin gücü artmaqdadır, torpaqlarımız işğaldan tam azad edilib və sürətlə bərpa-quruculuq layihələri icra olunmaqdadır.
Müstəqilliyimiz tam olaraq təmin olunub və Azərbaycan regionun dinamik inkişaf edən güclü lider dövlətinə çevrilib. Bu proseslərdə postkonflikt ərazilərin dirçəldilməsi həm də tarixi vəzifə və missiyadır.
17 oktyabr şəhər gününü qeyd edən Füzuli şəhəri Qarabağ iqtisadi rayonunun strateji inzibati vahidlərindən biridir. Şəhərin tikintisi, şəhər təsərrüfatının yaradılması, bir-birinin ardınca yaşayış massivlərinin salınması və intensiv şəkildə məskunlaşma proseslərinin həyata keçirilməsi təmin olunmaqdadır. Şəhər füsünkar gözəlliyi, arxitektura baxımdan cəlbediciliyi ilə diqqət çəkir. Müasir texnologiyalar əsaslı infrastruktur obyektləri şəbəkəsi istismara verilməkdə və strateji əhəmiyyət kəsb edən layihələr həyata keçirilməkdədir.
Qeyd edək ki, Füzuli şəhərinin qədim tarixi var. Bu şəhər 1403-cü ildən 1905-ci ilə kimi Qarabulaq adı ilə fəaliyyət göstərib. Təəssüf ki, sonrakı dövrlərdə Rusiya imperiyasının təsiri altında yaşayış məskəninin adı dəyişdirilərək çar polkovniki Karyaginin adı verilib. Füzuli Qarabağın formalaşması və inkişafı ilə bağlı olan tarixi proseslərdə önəmli yer tutur və ərazi vahidi kimi Qarabulaq adı ilə 1827-ci ildə yaradılmışdır. Keçmiş SSRİ dövründə 1930-cı il avqust ayının 8-də inzibati rayon statusuna yiyələnmiş və Karyagin rayonu adlandırılmışdır. Daha sonra böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 400 illik yubileyi şərəfinə 1950-ci ildə Füzuli adlandırılmışdır.
Rayonun ərazisi mailli düzənliklərdən, həmçinin Qarabağ dağ silsiləsinin Cənub-Şərq ətəklərindən formalaşıb. Rayon Azərbaycanın cənub sərhədləri – İranla Araz çayı boyunca sərhəd ərazisi kimi strateji əhəmiyyət kəsb edir. Ümumilikdə rayonun ərazisi 1,39 min kvadrat kilometrdir, əhalinin sayı isə 134 min nəfərdən çoxdur. Hazırda Füzuli şəhəri ilə bərabər, Horadiz şəhəri də müasir infrastruktura malikdir. Füzuli rayonunda məcburi köçkünlər üçün salınmış 11 yeni Qayıdış, 5 Zobucuk, 1 Fin qəsəbələri ilə yanaşı, 82 kənd mövcuddur.
Bir məqamı xüsusilə fərqləndirmək istərdik. Dövlət başçısı cənab İlham Əliyev Füzuli şəhərinin dirçəldilməsinə və Füzuli rayonunun kənd yaşayış massivlərinin bərpa edilməsinə böyük əhəmiyyət verir. 18 oktyabr 2021-ci ildə Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə dövlət başçısı qeyd edib ki, Füzuli şəhərinin azad olunmasının əhəmiyyəti, eyni zamanda bu şəhərin strateji yerləşməsi ilə bağlıdır: “Füzuli şəhərinin azad edilməsi bizə mənəvi güc verdi. Bu amillər baxımından Füzuli şəhərinin infrastrukturunun formalaşdırılması və inkişaf etdirilməsi xüsusi diqqət mərkəzindədir”.
Dövlət başçısı tərəfindən Füzuli şəhərinin inkişafı ilə bağlı konseptual yanaşmalar müəyyənləşdirilib, Baş Plan təsdiqlənib və hazırda icra edilməkdədir. Bir sıra respublika və beynəlxalq əhəmiyyətli yol infrastrukturu layihələri, o cümlədən Füzuli-Hadrut avtomobil yolu, Horadiz-Ağbənd dəmiryolu xəttinin çəkilişi üzrə işlər intensiv xarakter almaqdadır. Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunun tikintisi qrafik üzrə aparılır. Fasiləsiz elektrik enerjisi təminatı məqsədilə “Füzuli” yarımstansiyası istismara verilib.
Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Hava Limanının açılışı 2021-ci il oktyabr ayının 26-da Türkiyə prezidenti R.T.Ərdoğanın iştirakı ilə reallaşdırılıb. Müasir texnologiya əsaslı hava limanının istismara verilməsi regionda səmərəli və çoxfunksiyalı nəqliyyat-logistika mərkəzini formalaşdırmaqdadır.
Füzuli şəhərinə “Böyük Köç” çevik şəkildə həyata keçirilməkdədir. Füzulinin keçmiş məcburi köçkünləri davamlı və planlı şəkildə öz doğma yurdlarına qayıtmaqdadır. Füzuli şəhəri gündən-günə inkişaf etməkdədir və burada müasir şəhərsalma yanaşmaları tətbiq olunmaqdadır. Eyni zamanda, Füzuli şəhəri “ağıllı şəhər” prinsipləri, rəqəmsal və müasir texnologiyalar əsasında inkişaf etdirilməkdədir. 2040-cı ilədək Füzuli şəhərində 50 min insanın məskunlaşması gözlənilir və burada əsasən 4-5 mərtəbəli yaşayış binaları istismara verilməkdədir. Füzuli şəhərində 9 ümumi və orta təhsil müəssisəsi, həmçinin 13 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərəcəkdir.
2023-cü il avqustun 23-də Füzuli şəhərində Özbəkistan dövləti tərəfindən müasir dünya standartlarına cavab verən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışı olub. Bundan əlavə, Qazaxıstanın “Bİ – Group” Holdinqi Füzuli şəhərində uşaqlar üçün Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzini istismara verib.
2023-cü il Füzuli rayonu və ilk növbədə Füzuli şəhəri üçün xüsusilə əlamətdar olub. Oktyabrın 17-də ilk dəfə Füzuli Şəhəri Günü qeyd edilib və Prezident İlham Əliyev bu tarixi mərasimə qatılıb. 2023-cü ilin oktyabr ayının 16-da bir sıra mühüm əhəmiyyət kəsb edən yaşayış məntəqələrinin və komplekslərinin, həmçinin müasir idman kompleksinin və uşaq baxçasının, eyni zamanda Füzuli şəhərində inzibati binanın təməlqoyma mərasimləri keçirilib.
Qoçəhmədli kəndinə 1364 nəfərin köçürülməsi hədəflənib və bunun üçün 341 fərdi ev inşa olunacaqdır. Cuvarlı kəndində isə 1697 nəfərin köçürülməsi məqsədilə 2-4 mərtəbəli 21 yaşayış binası və 291 fərdi ev istismara veriləcəkdir. Bunlarla yanaşı, Füzuli şəhərində ikinci yaşayış kompleksində çoxfunksiyalı yaşayış zonası yaradılacaqdır və burada 653 mənzilə 2288 nəfərin köçürülməsi planlaşdırılıb. Ərazidə istirahət meydançası və digər rahat yaşayış infrastrukturu formalaşdırılacaqdır. Füzuli şəhərində tikiləcək üçüncü yaşayış kompleksində isə 3022 nəfərin yaşaması üçün planlaşdırılan 863 mənzil tikiləcəkdir. Şəhərdə 240 yerlik uşaq bağçasının təməli də qoyulub. Digər sosial infrastruktur obyekti kimi Füzuli şəhərində təməli qoyulan və 17 hektar ərazidə yerləşəcək idman kompleksini qeyd etmək olar. Burada idmanın bir çox növləri ilə məşğul olmaq üçün əlverişli şərait yaradılacaqdır. Nəhayət Füzuli şəhərində inzibati binanın təməli də qoyulub və burada müvafiq qurumlar, o cümlədən regional qurumlar fəaliyyət göstərəcəklər. 2023-cü il oktyabrın 17-də Füzuli şəhərində səfərdə olarkən prezident İlham Əliyev Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib:
“Bu gün həm Füzulidə, həm bütün başqa şəhər və kəndlərimzidə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir və bunu təkcə mən yox, bir çox beynəlxalq ekspertlər qeyd edir... İki il öncə biz burada – Füzulidə təməlqoyma mərasimində iştirak edəndə burada heç nə yox idi. Doğurdan da hər yan xaraba idi. İndi çox şükür, var olun, böyük, abad bir şəhərə çevrilibdir, qürurvericidir”.
Rayonda həyata keçirilən infrastruktur, o cümlədən nəqliyyat-logistika layihələri yaxın perspektivdə sosial-iqtisadi inkişafın əhəmiyyətli səviyyədə yüksəlməsinə, işğaldan azad olunmuş kənd və qəsəbələrin yenidən çiçəklənməsinə, Füzuli şəhərinin isə nəinki Qarabağın, eləcə də regionun və dünyanın dinamik inkişaf edən və cəlbedici şəhərlərindən birinə çevriləcəyini deməyə əsas verir. Rayonun güclü iqtisadi resursları, o cümlədən bir sıra ənənvi və yeni iqtisadiyyat sahələrinin intensiv inkişafına imkan verən potensialı vardır. Füzulidə ənənəvi olaraq kənd təsərrüfatı sahələri – heyvandarlıq, üzumçülük, bitkiçilik, ilk növbədə taxılçılıq, onun əsas seqmenti olan ərzaq buğdası istehsalı inkişaf etdirilib. Sənaye sahələrinin inkişafı da diqqət mərkəzindədir, xüsusilə aqrosənaye kompleksinin və tikinti sənayesinin inkişafı, emal müəssisələrinin fəaliyyəti məhsuldar xarakter daşıyır.
Şəhərin Baş Planına əsasən Füzuli şəhərinə bütün istiqamətlərdən giriş-çıxışı təmin edən nəqliyyat şəbəkəsi qurulacaq və 3 dairəvi avtomobil yolu çəkiləcəkdir. Bundan əlavə, ictimai nəqliyyatın inkişafı prioritetlik təşkil edəcəkdir. Ekoloji mühitin sağlamlaşdırılması, “yaşıl” iqtisadiyyat elementlərinin geniş yer alması, rekreasiyayönlü ərazilərin təmin olunması, müasir park və meydanların yaradılması prosesləri sürətlənməkdədir. Əhalinin məşğulluğunun təmin edilməsi ilə bağlı əsas tədbirlər və ərazilər Füzuli şəhərinin şərq zonasında, yəni hava limanına yaxın ərazidə reallaşdırılacaqdır.
2040-cı ilədək Füzuli şəhərində 50 min insanın məskunlaşdırılması nəzərdə tutulmuşdur və bunun nəticəsində əhali sayı 1993-cü illə nisbətdə 2,5 dəfə yüksələcəkdir. Şəhərdə əsasən 4-5 mərtəbəli yaşayış binaları tikiləcəkdir və bu proseslərə start verilib, ilk yaşayış binaları hazır vəziyyətə gətirilib və artıq keçmiş məcburi köçkünlərin sərəncamındadır.
Şəhərdə 9 ümumi və orta təhsil müəssisəsi, həmçinin 13 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərəcəkdir. Bundan başqa, digər sosial obyektlər – xəstəxana, sağlamlıq mərkəzi, idman və mədəniyyət mərkəzi, əvvəldə qeyd etdiyimiz kimi park və meydanlar inşa ediləcəkdir və bunların bəzilərinin tikintisinə başlanılıb. Cuvarlı və Qoçəhmədli kəndlərinin bərpa edilməsi layihələrinin icrasına başlanılıb.
Füzuli şəhərinin dayanıqlı inkişaf prinsipləri əsasında, yəni idarəetmənin təkmil olması, iqtisadiyyatın səmərəliliyi, sosial rifahın təmin edilməsi və ətraf mühitin qorunması prinsipləri üzrə inkişaf etdirilməsi prioritetlik təşkil edəcəkdir.
Ümumilikdə Füzuli şəhərində və Füzuli rayonunun kəndlərində reallaşdırılan bərpa və quruculuq layihələrinin hazırki gedişindən yanaşsaq, əminliklə deyə bilərik ki, ilk növbədə Füzuli şəhərinin sürətlə bərpa edilməsi Qarabağın dirçəldilməsini əhəmiyyətli səviyyədə intensivləşdirməkdədir.
Şəfa ƏLİYEV,
İqtisad elmləri doktoru, professor
UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri.
Bölməyə aid digər xəbərlər

Bu gün, 22:31
İran İsrailə raket hücumuna başlayıb
Bu gün, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
Bu gün, 17:06
Laçın şəhərinin Baş planı təsdiqlənib
Bu gün, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
Bu gün, 10:40
143 milyon manatlıq mənimsəmə üzrə yenidən məhkəmə olub
Bu gün, 09:57
İsrailin İrana zərbələri davam edəcək
Bu gün, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
Bu gün, 07:23
İsrail İranı vurmağa başlayıb
Dünən, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
Dünən, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
Dünən, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
Dünən, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb
3-06-2025, 11:57
Şəhidimiz Suraxanıda dəfn olunub - (Yenilənib) - Foto
3-06-2025, 10:34
Ərdoğan Zelenski, Putin və Trampla Türkiyədə görüşmək istəyir
3-06-2025, 09:58
Türkiyədə güclü zəlzələ olub - Ölən və xəsarət alanlar var
3-06-2025, 08:26
Yerin maqnit qasırğası artıb