Avropada ölümcül xəstəliyə yoluxma halları artır - Xəbərdarlıq
Tarix: 17-10-2024 14:31 | Bölmə: Slayd
Avropada ölümcül xəstəliyə yoluxma halları artır

Avropada ağcaqanadların dişləməsi nəticəsində yaranan malyariyaya yoluxma halları artır.

Reyting.az
xəbər verir ki, “Çamadan malyariyası” (Odyssean malyariya) -yoluxmuş ağcaqanadların təyyarələr, baqajlar və digər nəqliyyat vasitələri ilə daşınması, xəstəliyin olmadığı ərazilərdə də yayılması deməkdir.

Elmi araşdırmada 1969-cu ildən 2024-cü ilin yanvarına qədər Avropada toplanmış “Çamadan malyariyası”na aid məlumatlar təhlil edilib. Qərbi Avropanın 9 ölkəsində qeydə alınan 145 hadisədən 105-i hava limanı malyariyasına, 32-si çamadan malyariyasına, 8-i isə malyariyanın hər iki növünə aid edilib.

Mütəxəssislər xəbərdarlıq ediblər ki, Avropada təyyarələr, baqajlar və hətta poçtla daşınan yoluxmuş ağcaqanadların dişləməsi nəticəsində yaranan malyariya halları artmaqdadır.

Yaranmış vəziyyətin ölümcül xəstəliyin bütün dünyaya “ayaq açmasına” səbəb olduğu bildirilir:

“2022-ci ildə Avropa İttifaqında qeydə alınan 6131 malyariya hadisəsinin 99 faizi səyahətlə bağlı olub. Ən çox malyariya halları Fransa, Belçika və Almaniyada qeydə alınıb. Hadisələrin yarısı beynəlxalq hava limanının yaxınlığında yaşayan və ya işləyən insanlar arasında olub”.



Qeyd edilir ki, COVİD-19 epidemiyası zamanı hava nəqliyyatı azalsa da, halların üçdə biri hava limanı və baqaj malyariyasıdır:

“Malyariyaya yoluxanların əksəriyyəti kişilərdir və orta yaş həddi 37,9-dir. Nəticələri məlum olan hallarda 124 xəstə sağalıb, 9 nəfər ölüb. Ölən xəstələrin orta yaşı 57,2 il təşkil edir”.

Məlumata görə, 1995-2022-ci illər arasında Fransada 117 malyariya hadisəsi qeydə alınıb, onlardan 51-i “Çamadan malyariyası” olub, xəstələrin yarısı malyariya xəstəliyinin geniş yayıldığı Afrikada doğulub. Xəstəxanaya yerləşdirilən 100 xəstədən 7-si dünyasını dəyişib.

Onu da qeyd edək ki, malyariya ağcaqanadlar tərəfindən yayılan həyati təhlükəsi olan tropik xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, yoluxucu malyariya hər iki dəqiqə ərazində bir uşağı öldürür. Bu ölümlərin əksəriyyəti Afrikada baş verir. Peyvəndi olsa da, Afrikada hər il orta hesabla 250 min gənc malyariyadan dünyasını dəyişir.

Yüksək hərarət, tərləmə, titrəmə və baş ağrıları ilə yanaşı, qarın ağrısı, iştahsızlıq və əzələ ağrıları da xəstəliyin əlamətləridir.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}