Ruslar Ukraynanın daha bir neçə yaşayış məntəqəsini ələ keçirib - Foto
Tarix: 18-10-2024 09:31 | Bölmə: Slayd
Ruslar Ukraynanın daha bir neçə yaşayış məntəqəsini ələ keçirib

Rusiya ordusu Ukraynanın Çasov Yar (Donetsk vilayəti) və Kuraxovo şəhərlərinə doğru irəliləyir.

Reyting.az
xəbər verir ki, “DeepState” analitiklərinin fikrincə, rusların irəliləməsi Kuraxovodan 10 kilometrdən az məsafədə yerləşən Maksimilyanovka kəndində də qeydə alınıb.

Məlumatda qeyd olunur ki, ruslar Çasovoy Yar, Maksimilyanovka və Tsukurino yaxınlığında irəliləyib.



“DeepState” xəritəsində rusların bir neçə istiqamətdən Kuraxovo, Aleksandropol və Qornyak istiqamətində hərəkət etdiyi göstərilir.

Qeyd edək ki, ruslar uzun müddət Donbassda irəliləməyə çalışırdı. Onlar böyük canlı qüvvə və texnika itkisi bahasına bir sıra yaşayış məntəqələrini ələ keçirə biliblər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}