13:15 / 22-10-2024
Sabah yağış yağacaq
Separatçılar Bakının tələbinə qarşı aksiya keçirir - Foto
Tarix: 21-10-2024 13:10 | Bölmə: Slayd
Separatçılar Bakının tələbinə qarşı aksiya keçirir

Bir zamanlar Qarabağda qanunsuz fəaliyyət göstərmiş separatçı rejimin qalıqları hazırda Ermənistan Xarici İşlər Nazirliyinin binası yaxınlığında etiraz aksiyası keçirirlər.

Reyting.az
-ın Ermənistan mediasına istinadla verdiyi məlumata görə, özlərini “ictimai qurumların nümayəndələri” kimi təqdim edən separatçılar İrəvandan tələb edirlər ki, Bakının ATƏT-in Minsk qrupunu ləğv etmək tələbinə boyun əyməsin.

Aksiyada iştirak edən separatçı Artur Qriqoryan deyib ki, onlar xarici işlər naziri Ararat Mirzoyana məktub təqdim etməyə hazırlaşırlar.



Qeyd olunur ki, 2024-cü il sentyabrın 22-də 60-dan çox separatçı ATƏT-in hazırkı sədri Yan Borqa oxşar məzmunlu mesaj göndərib.

Separatçının sözlərindən belə məlum olur ki, Azərbaycan Ermənistana ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı birgə müraciət təklif edir və Ermənistan hakimiyyəti rəsmi Bakının bu və buna bənzər tələbləri ilə razılaşa bilər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
20-10-2024, 10:17 Bölgələrə qar yağıb

{sape_links}{sape_article}